Neftin qiyməti son 14 ayın ən aşağı səviyyəsinə yaxındır - UCUZLAŞIR
Qlobal bazarlarda xam neftin qiyməti 2023-cü ilin iyun ayından bəri ən aşağı səviyyəyə yaxındır.
Marja.az xəbər verir ki, Brent nefti həftənin əvvəlindən təxminən 8 faiz ucuzlaşdıqdan sonra bareli 73 dollardan da aşağı düşüb. ABŞ xam neftinin qiyməti isə 69 dollar səviyyələrinə geriləyib.
Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, Brent nefti 0,34% də ucuzlaşma ilə 72,95 dollardan ticarət olunub.
Amerika Neft İnstitutu, məlumatlarla tanış olan insanlara görə, xam neft ehtiyatlarının 7,4 milyon barrel azaldığını bildirdi. Cümə axşamı rəsmi rəqəmlərlə təsdiqlənsə, bu, iyun ayından bəri ən böyük azalma olacaq.
Xam neft, iqtisadi proqnozlar, Çində neftə təlabatın azalması, OPEC+ ölkələrində hasilatın artacağı ilə bağlı davam edən narahatlıqlara görə ucuzlaşır. OPEC+-ın oktyabr ayından planlaşdırılan hasilat artımını təxirə salmağı düşündüyünə dair işarələr də neftin uculaşmasını dayandıra bilməyib.
İnvestorlar Liviyadakı prosesləri də izləyirlər. Liviya Mərkəzi Bankının əsas rəsmisi deyib ki, rəqib hakimiyyətlər arasında mübahisənin həlli razılaşma yaxın görünür. Əgər razılaşma olarsa, ölkədə neft hasilatı bərpa oluna bilər.
Goldman Sachs-ın analitikləri qiymətlərin daha da aşağı düşməsi riski olduğunu, Citigroup-ın analitikləri isə xam neftin bir barrelinin 70-72 dollar civarına ucuzlaşa biləcəyini qeyd ediblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
-
2 d. əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
- 25 d. əvvəl
- 31 d. əvvəl
- 32 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
























