Avropa bankı Gəncə üçün 365 milyon avro kredit ayıracaq
Gəncə şəhərinin fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam əhatə olunması, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın risklərinin azaldılması planlaşdırılır.Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Gəncədə su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsi sisteminin yenidən qurulması, eləcə də sutəmizləyici qurğuların tikintisi üçün 365 milyon avro (cari məzənnə ilə 685 milyon 908 min manat) məbləğində suveren kredit ayıracaq.
EBRD-dən verilən məlumata görə, layihənin ümumi dəyəri 370 milyon avrodur (cari məzənnə ilə 695 milyon 304 min manat). Kredit bir neçə tranşda veriləcək və beynəlxalq donorun təqdim etdiyi investisiya qrantı hesabına birgə maliyyələşdiriləcək.
Kreditin EBRD-nin Direktorlar Şurası tərəfindən təsdiqi noyabrın 6-da gözlənilir.
Layihə EBRD-nin “Yaşıl şəhərlər” proqramı çərçivəsində həyata keçirilir və “Gəncə Yaşıl şəhər” Fəaliyyət Planında müəyyən edilmiş “suyun əlçatanlığı və keyfiyyəti” kimi prioritet ekoloji problemin həllinə yönəlib. Gəncənin su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılmasının vacibliyini nəzərə alaraq layihə hökumət üçün prioritetdir.
Layihə başa çatdıqdan sonra Gəncə şəhərinin fasiləsiz su təchizatı və kanalizasiya xidmətləri ilə tam əhatə olunması, yağış sularını idarəetmə sisteminin tətbiqi sayəsində daşqın risklərinin azaldılması planlaşdırılır. Layihə həm də çirkab suların Gəncə çayına axıdılmazdan əvvəl təmizlənməsini təmin etməklə ətraf mühitə müsbət təsir göstərəcək.
Layihənin həyata keçirilməsi su təchizatı xidmətlərini yaxşılaşdıracaq, su itkisini azaldacaq və çirkab suların lazımi qaydada təmizlənməsini təmin edəcək və bununla da “yaşıl keçid”ə töhfə verəcək. Bundan başqa, layihənin keyfiyyətli idarə edilməsini dəstəkləyəcək korporativ idarəetmə üzrə Fəaliyyət Planı da hazırlanacaq.
Hazırda layihənin ekoloji və sosial qiymətləndirilməsi (ESDD) həyata keçirilir. Birinci tranşla (B kateqoriyası) su təchizatı, kanalizasiya və yağış sularının idarə edilməsinin bərpası maliyyələşdiriləcək. 150 000-dən çox insan üçün yeni çirkab su təmizləyici qurğuların tikintisini nəzərdə tutan növbəti tranşların, o cümlədən ikinci tranşın (A kateqoriyası) EBRD-nin Ekoloji və Sosial Siyasətinə uyğun olaraq əlavə ekspertizası həyata keçiriləcək və bununla bağlı məlumat veriləcək.
Borcalan qismində Azərbaycan Maliyyə Nazirliyi, benefisiar qismində isə Dövlət Su Ehtiyatları Agentliyi çıxış edir.
© Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















