Futbolun İnkişaf Fondu və “Bizon” arasında müqavilə imzalanıb
(®) Regionlarda futbolu daha da inkişaf etdirmək, əhalidə oyunlara maraq yaratmaq və oyunlarda iştirakı təşviq etmək məqsədi ilə Futbolun İnkişaf Fondu və “Bizon” arasında müqavilə imzalanıb.
Tərəfdaşlıq müqaviləsini fondun biznesin inkişafı üzrə şöbə müdiri Babək Sarıvəlili və “Avrora” MMC-nin sərinləşdirici içkilər şöbəsinin rəhbəri Hikmət Axundov imzalayıblar.
Razılaşmaya əsasən “Bizon” region futbol klublarının oyunları zamanı tamaşaçıların vaxtının səmərəli keçirilməsinidə və oyunlara azarkeş marağının artırılmasında dəstək göstərəcək.
Məlumat üçün qeyd edilib ki, 2016-cı ildə AFFA tərəfindən təsis olunan Futbolun İnkişaf Fondu 2022-ci ildən fəaliyyət çərçivəsini genişləndirərək region futbol klublarının dayanıqlı inkişafını təmin etmək, irs yaradılmasına nail olmaq və cəmiyyətin hər bir fərdinə bu prosesdə yaxından iştirak etmək imkanı yaratmaq məqsədini qarşısına qoyub.
“Bizon” güc və iradəni təcəssüm etdirən marka olaraq idman və əyləncə dünyasının liderlərindən biridir. Gənclərin qələbə əzmini dəstəkləyərək sponsor olduğu hər bir layihədə öz təsirini gücləndirir. Xüsusi və unikal dadları ilə fərqlənir. "Meydan Sənindir" sloqanı ilə gəncləri idmana təşviq edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 7 d. əvvəl
- 24 d. əvvəl
-
26 d. əvvəl
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
- 28 d. əvvəl
- 33 d. əvvəl
-
1 saat əvvəl
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ SƏHMLƏR
Dövlət Turizm Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb
ABB-dən yüksək gəlirli əmanət kampaniyası!
Cavid Quliyev: “PAŞA Bank”ın kapitalının 5%-i bazara təqdim olunacaq
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bu gün FED 2026-cı il üzrə ilk faiz qərarını açıqlayacaq
Rəsmi məzənnələr açıqlandı
Avro dollar qarşısında 4,5 ilin ən yuksək səviyyəsinə qalxdı - DOLLAR UCUZLAŞIR, AVRO BAHALAŞIR
Tramp ABŞ dollarının dəyər itirməsindən narahat olmadığını bildirib
Qızılın qiyməti 5250 dollara yaxınlaşdı -YENİ REKORD
Qlobal bank qızıl üzrə qiymət proqnozunu 1000 dollar artrıdı - 5000 dollardan 6 000 dollara yüksəltdi





















