İllik gəlirliliyi 15 faiz olan istiqrazlara abunə yazılışı başladı
27 avqust 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Legion Financial” ASC-nin 1 milyon manatlıq istiqrazları Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
Birjanın yaydığı məlumatda bildirilir ki, qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
27 avqust 2024-cü il tarixindən başlayaraq 29 sentyabr 2024-cü il tarixinə kimi 34 gün ərzində "Legion Financial” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 30 sentyabr 2024-cü il tarixində baş tutacaqdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı: "Legion Financial” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003025460
Səhmlərin növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması: Kütləvi/Abunə yazılışı
Səhmlərin sayı: 1000 (ədəd)
İlkin ticarət qiyməti: 1000 manat
Buraxılış həcmi: 1 000 000 manat
İllik gəlirlilik faizi: 15%
Ödəmə periodu: Yerləşdiyi tarixdən etibarən 30 (otuz) gündən bir
Tədavül müddəti: 5 il
Anderrayter: “Assist Finance İ.Ş” ASC
Ticarətə buraxılma tarixi: 30.09.2024
Əlavə edək ki, avtomobil lizinqi şirkəti "Legion Financial" ASC-nin nizamnamə kapitalı 1 milyon manat artırılır. Şirkət hər birinin nominal dəyəri 100 manat olan 10 000 ədəd adi, sənədsiz və adlı səhm buraxıb. Səhmlərin yerləşdirilməsi uğurla yekunlaşarsa, "Legion Financial" ASC-nin nizamnamə kapitalı 3 milyon 135 min manatdan 4 milyon 135 min manata yüksələcək (32% artacaq).
Qeyd edək ki, 2024-cü ildə 2 dəfədə "Legion Financial" ASC-nin nizamnamə kapitalı 890 min manat (95 min manat və 795 min manat olmaqla) artırılıb.
Emitet: "Legion Financial" ASC
Əlaqə: +994 12 310 52 53;
+994 50 247 99 31
Anderrayter: "ASSIST Finance İnvestisiya Şirkəti" ASC
Əlaqə: +994 12 310 34 20; +994 77 233 11 11
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 39 d. əvvəl
-
- 52 d. əvvəl
-
2 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























