"Xarici şirkətlərin Azərbaycanın kapital bazarına daxil olması ilə bağlı Mərkəzi Bankla müzakirələr aparırıq"
AFBİA: Kapital bazarında alət qıtlığı investorların marağının qarşısını alırAzərbaycanın kapital bazarında investisiya yatırmaq üçün alətlərin qıtlığı potensial investorların bu sektora marağının qarşısını alır
Bunu "Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası" (AFBİA) ictimai Birliyinin icraçı direktoru Murad Yəhyayev bildirib.
"Assosiasiya olaraq xarici şirkətlərin Azərbaycanın kapital bazarına daxil olması ilə bağlı Azərbaycan Mərkəzi Bankı ilə müzakirələr aparırıq. Hazırda bu məsələyə hər hansısa mənfi münasibət yoxdur. Bu gün əsas məsələ alətlərin qıtlığıdır. Yəni, həmin şirkətlər bazara daxil olduqda hansı alətləri alsınlar? Kapital bazarında alətlərin sayının artırılması investorların marağını da artıracaq", - deyə o qeyd edib.
"Hazırda "Bakı Fond Birjası" QSC-də (BFB) bununla bağlı bir sıra tədbirlər görülür. Məsələn, digər birjalarda olan kağızların BFB-də listinqə çıxarılması və yaxud əks addımın atılması nəzərdə tutulur. Qanunvericiliyə də baxılır, stimullaşdırıcı, proseslərin asanlaşdırılması ilə bağlı dəyişikliklər nəzərdə tutulur. Xarici şirkətlərin kapital bazarımıza daxil olmasına heç bir maneə yoxdur, burda əsasən alətlər məsələsi ortaya çıxır", - deyə AFBİA rəsmisi əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























