"PAŞA Bank Gürcüstan" 2024-cü ilin 1-ci yarısını xalis mənfəətlə başa vurub
650Azərbaycanın "PAŞA Bank" ASC-nin Gürcüstanda törəmə bankı olan "PASHA Bank Georgia" (PAŞA Bank Gürcüstan) 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 2 milyon 589 min lari (cari məzənnə ilə 1 milyon 639 min manat) xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin 1-ci yarısını 2 milyon 469 min lari (cari məzənnə ilə 1 milyon 563 min manat) xalis zərər ilə bağlamışdı.
Marja.az Bankın "EY" tərəfindən təsdiq edilmiş 30 iyun 2024-cü il tarixinə Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, 2024-cü ilin 1-ci yarısında "PASHA Bank Georgia"nın faiz gəlirləri 24 milyon 584 min lari (2023-cü ilin ilk 6 ayında 26 milyon 643 lari), qeyri-faiz gəlirləri 8 milyon 224 lari (2024-cü ilin ilk 6 ayında 5 milyon 406 min lari) təşkil edib.
Faizli aktivlər üzrə kredit itkisinin 4 dəfə azalaraq 4 milyon 899 min larindən 1 milyon 232 min lariyə düşməsi Bankın xalis mənfəətə çıxmasına böyük kömək edib.
Cari məzənnə 1 lari = 0.6332 manat
Qeyd edək ki, "PAŞA Bank" ASC-nin Tükiyədəki törəmə bankı (PAŞA Bank Türkiyə) 2024-cü ilin ilk 6 ayını 255,3 milyon Türk lirəsi (cari məzənnə ilə 12 milyon 892 min manat) xalis mənfəət ilə başa vurub. 30 İyun 2024-cü il tarixində "PAŞA Bank Türkiyə"nin cəmi aktivləri 10 milyard 431 milyon türk lirəsinə (cari məzənnə ilə 526 milyon 765 min manata) çatıb.
Cari məzənnə: 1 Türk lirəsi = 0.0505 manat
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























