Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı 6,4 faiz artıb
Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatları açıqlayıb.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-iyul aylarında 37,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artmışdır.
Sənaye məhsulunun 65,0 faizi mədənçıxarma sektorunda, 29,3 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4,3 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,4 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 73,6 faiz, əczaçılıq məhsullarının istehsalı 69,1 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 49,9 faiz, elektrik avadanlıqlarının istehsalı 33,9 faiz, mebel istehsalı 33,3 faiz, tikinti materiallarının istehsalı 30,2 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 29,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 25,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 24,5 faiz, hazır metal məmulatlarının istehsalı 19,5 faiz, içkilərin istehsalı 15,8 faiz, tütün məmulatlarının istehsalı 11,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 8,2 faiz, qida məhsullarının istehsalı 6,2 faiz, kağız və karton istehsalı 5,2 faiz, geyim istehsalı 3,8 faiz, neft məhsullarının istehsalı 1,3 faiz artmış, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,1 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 9,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,3 faiz, poliqrafiya məhsullarının istehsalı 20,0 faiz, maşın və avadanlıqların istehsalı 28,7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 45,2 faiz, sair sənaye məhsullarının istehsalı isə 50,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,3 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,7 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 14 d. əvvəl
-
51 d. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
1 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Meta-nın gəliri 24 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
Ən çox oxunanlar
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib






















