7 ayda ölkədə "yaşıl" enerji istehsalı 1 milyard kVt·st-dan çox artıb
2024-cü ilin 7 ayı üzrə operativ məlumatlara əsasən yanvar-iyul aylarında ölkədə elektrik enerjisinin istehsalı 16 269,0 mln. kVt·st olub.
Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, 7 ay ərzində elektrik enerjisi istehsalı İES-lərdə 13 863,7 mln. kVt·st, SES-lərdə 1 867,3 mln. kVt·st, digər mənbələr üzrə isə 538,0 mln. kVt·st təşkil edib.
Bu dövrdə külək elektrik stansiyalarında 33,3 mln. kVt·st, günəş elektrik stansiyalarında 352,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 mln. kVt·st elektrik enerjisi istehsal edilib. Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1327,7 mln. kVt·st) nisbətən 1 077,6 mln. kVt·st artaraq 2405,3 mln. kVt·st təşkil edib.
Bu müddətdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 14 323,0 mln. kVt·st (İES-lərdə 12 590,6 mln. kVt·st, SES-lərdə 1 732,4 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 277,7 mln. kVt·st (İES-lərdə 116,7 mln. kVt·st, SES-lərdə 124,2 mln. kVt·st, Günəş ES-də 36,8 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 25,1 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 643,2 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 522,1 mln. kVt·st, idxalı isə 112,4 mln. kVt·st olub.
Qeyd edilib ki, cari ilin iyul ayında respublika üzrə elektrik enerjisinin istehsalı 2 711,2 mln. kVt·st olub. Bu dövrdə elektrik enerjisinin idxalı 16,9 mln. kVt·st, ixrac isə 78,9 mln. kVt·st təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 25 d. əvvəl
-
1 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
1 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
3 saat əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Yanvarın 30-da gözlənilən hava şəraiti
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Ən çox oxunanlar
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı























