Avropada qazın qiyməti son 8 ayın ən yüksək səviyyəsinə çatıb
Rusiya və Ukrayna orduları arasında baş verən toqquşmalardan sonra artan geosiyasi gərginliyin təsiri ilə Avropada təbii qazın qiyməti son 8 ayın ən yüksək həddinə çatıb.
Avqustun 7-də Ukrayna ordusunun Rusiya ərazisinin Kursk bölgəsində başlatdığı hücumlardan sonra Rusiya-Ukrayna orduları arasında şiddətli toqquşmalar yaşanır. İki ordu arasında baş verən qarşıdurma çərçivəsində Ukraynanın Suca təbii qaz paylama məntəqəsinə də hücum etdiyi iddia edilib.
Marja xəbər verir kiŞ Suca Rusiya qazının Ukraynaya yeganə giriş nöqtəsidir və Ukrayna sisteminə daxil olan təbii qaz da Avropa İttifaqına (Aİ) göndərilir.
ING Think-in araşdırmasına görə, Suca giriş nöqtəsindən gündəlik təxminən 42 milyon kubmetr təbii qaz axır.
Sözügedən qaz tranziti ilə bağlı müqavilənin bu ilin sonunda başa çatması planlaşdırılır, lakin münaqişələr səbəbindən bu regiondan qaz tranzitinin pozulması riski qiymət artımında özünü göstərir.
Hollandiyada təbii qaz ticarət məntəqəsi olan TTF-də sentyabr ayı fyuçers müqavilələrində 1 meqavat-saat qazın (EUR/MWh) qiyməti ötən həftə 40,4 avroda bağlanıb. Belə ki, qiymət əvvəlki həftə ilə müqayisədə 10 faiz artaraq son 8 ayın ən yüksək səviyyəsinə çatıb.
Digər tərəfdən, bağlanış qiyməti oktyabr fyuçers müqavilələrində 40,9 avroya, noyabr fyuçers müqavilələrində isə 42,8 avroya yüksəlib.
Qazın qiyməti sonuncu dəfə 2023-cü il dekabrın 4-də meqavat/saat üçün 40,2 avro olub. Bu tarixdən sonra qiymətlər bir qədər dəyişkən qalmaqda davam edib və fevralın 23-də 24 avroya düşmüşdü.
Qaz təchizatının vaxtından əvvəl itirilməsi sistem üçün şok ola bilər
Analitiklərin fikrincə, bazar bu ilin sonunda Ukrayna ərazisindən qaz tranziti sazişinin başa çatmasına hazırlaşsa da, münaqişələr səbəbindən orada qaz təchizatının daha tez itirilməsi sistem üçün şok ola bilər.
Rusiyanın “Qazprom” enerji şirkətinin nümayəndəsi Sergey Kupriyanov cümə günü verdiyi açıqlamada, Rusiyanın Suca bölgəsində Ukrayna ordusu ilə münaqişələrin təbii qaz və mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərinin artmasına səbəb olduğunu bildirib və əlavə edib: “Qaz qiymətlərindəki yüksəliş tendensiyası davam edəcək".
Ukrayna 2022-ci ilin may ayında Avropaya gedən Rusiya təbii qazının üçdə birinin keçdiyi Sohranivka paylama məntəqəsində nəqli dayandırdıqdan sonra qaz axını yalnız Suca məntəqəsindən davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
5 saat sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda yeni “McDonald’s” restoranı - “Port Baku Mall”un qarşısında fəaliyyətə başladı - FOTOLAR
-
1 saat əvvəl
Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 14 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Birgə Biznes Şurası yaradılıb
- 18 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub

Azərbaycan neftinin son qiyməti

Gəncə və Göygöldəki restoranlarda yoxalama aparılır, nöqsanlar aşkar edilib - SİYAHI

Rəsmi məzənnələr açıqlandı

FED faiz qərarını açıqladı

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Almaniya bankı qızılın daha da bahalaşacağı barədə proqnoz verdi

Microsoft Böyük Britaniyaya 30 milyard dollarlıq sərmayə yatıracaq

“Coca-Cola”nın musiqili yay kampaniyası başa çatıb
