Airbnb səhmlərində rekord ucuzlaşma
Airbnb-nin səhmləri ikinci rübdə məyusedici maliyyə nəticələrindən və ABŞ müştərilərindən tələbin yavaşladığına dair məlumatdan sonra 16 faizdən çox dəyər itirib.ABŞ-da tətilçilərin tələbi yavaşlayıb. İkinci rübdə sifarişlər 8,7 faiz artaraq 125,1 milyona çatıb, lakin analitiklərin proqnozlarından xeyli aşağı qalıb.
Marja xəbər verir ki, Airbnb səhmlər 16%-dən çox ucuzlaşıb, bu, şirkətin 2020-ci ildə birjaya çıxmasından bəri ən böyük bir günlük enişdir. Airbnb-nin səhmləri ikinci rübdə məyusedici maliyyə nəticələri və ABŞ müştərilərindən tələbin yavaşladığına dair məlumat ilə əlaqədar olaraq dəyər itirib.
San-Fransiskoda yerləşən Airbnb-nin hər səhmə görə 0,86 dollar mənfəəti analitiklərin 0,92 dollar gözləntisindən aşağı olub. Şirkətin ikinci rübdə gəliri proqnozu üstələyib, 11 faiz artaraq 2,75 milyard dollara çatıb.
Digər tərəfdən, şirkətin proqnozu 2020-ci ildən bəri ən yavaş artım tempini göstərib. Hesabatında Airbnb qeyd edib ki, "qlobal miqyasda daha qısa sifariş vaxtları və ABŞ qonaqlarından tələbin yavaşladığına dair bəzi əlamətlər" görür. Şirkət həmçinin qeyd edib ki, Latın Amerikası və Asiya Sakit Okean ən sürətlə inkişaf edən regionlar olmaqda davam edir.
Evlərin günlük kirayəsində vasitəçilik üzrə ixtisaslaşan Airbnb, ikinci rübdə Şimali Amerikada sifarişlərdə cüzi artım olduğunu qeyd edib.
Analitiklər şirkətin balans hesabatını "məyusedici" adlandırıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
10 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)












.jpg)


