Azərbaycanda göl üzərində günəş enerjisi qurğusu istismara verildi
95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan layihə vasitəsilə illik 160 000 kilovat-saatdan çox elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Layihə, özəl investisiyaların cəlb olunması üçün çağırış rolunu oynayır və genişləndirilməsi ilə bağlı müzakirələrə artıq start verilib.Energetika Nazirliyi və Asiya İnkişaf Bankı (AİB) tərəfindən həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair bilik mübadiləsi və texniki yardım” layihəsi çərçivəsində Böyükşor gölü üzərində ümumi gücü 100 kVt olan günəş enerjisi qurğusunun açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev karbon emissiyalarının azaldılması və iqlim dəyişikliyinə qarşı mübarizədə qlobal səylərə ölkəmizin töhfələrindən danışıb.
Ölkəmizdə bərpa olunan enerjidən istifadənin inkişafını prioritetləşdirən dövlət siyasətinə müvafiq olaraq reallaşdırılan meqa layihələrə diqqət çəkilib, Qaradağ Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə cari ilin altı ayında günəş enerjisi istehsalında 8 dəfədən çox artım qeydə alındığını bildirib.
Çıxışda su hövzəsi üzərində istismara verilən ilk günəş elektrik qurğusu haqqında: “95 kilovatı suda, 5 kilovatı quruda quraşdırılan layihə vasitəsilə illik 160 000 kilovat-saatdan çox elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Layihə, özəl investisiyaların cəlb olunması üçün çağırış rolunu oynayır və genişləndirilməsi ilə bağlı müzakirələrə artıq start verilib” deyə qeyd olunub.
Daha sonra çıxış edən Bankın Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri xanım Kendis Makdeyqan deyib: “AİB regional layihə çərçivəsində Azərbaycanda su üzərində günəş enerjisindən istifadənin inkişafı üçün texniki dəstək verir. COP29 tədbiri ərəfəsində bu innovativ qurğunun işə salınmasının əhəmiyyəti böyükdür. Pilot layihə kiçik miqyasda həyata keçirilsə də, Azərbaycanda daha bir yaşıl enerji mənbəyinə çevrilir, su və günəş resurslarından birgə istifadəni optimallaşdırır, enerji kompleksini şaxələndirir və emissiyaların qarşısını alır”.
Qeyd edək ki, layihə çərçivəsində stansiyanın istismarı və texniki xidməti sahəsində təlimlərin təşkili də nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat sonra
- 17 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)









