Sumqayıtda 100 milyon dollarlıq yeni kimyəvi məhsullar istehsalı layihəsi - SƏNƏD İMZALANDI
İyulun 29-da İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) ilə Rusiyanın “Himtek Engineering” ASC arasında Anlaşma Memorandumu imzalanıb.
Marja xəbər verir ki, Memorandumu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “Himtek Engineering” ASC-nin baş direktoru Sergey Luqovskoy imzalayıblar.
Sənədə əsasən “Himtek Engineering” ASC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində kimyəvi məhsulların istehsalı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
100 milyon ABŞ dollarlıq layihənin reallaşacağı təqdirdə müəssisədə 100 nəfərlik daimi iş yeri yaradılacaq.
İllik istehsal gücü 15 min ton təşkil edəcək müəssisəsdə istehsal olunacaq məhsulların Azərbaycanla yanaşı Rusiyaya ixrac edilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
-
15 d. əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 21 d. əvvəl
-
49 d. əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlanıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Ən çox oxunanlar
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub





















