Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən şirkətin xalis mənfəəti kəskin azalıb
Generator, UPS və kamera satışı ilə məşğul olan "Estet" MMC 2023-cü ili 1 milyon 138 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 238 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Estet" MMC-nin xalis mənfəəti 2023-cü ildə 2022-ci illə müqayisədə 1 milyon 100 min manat və ya 49,2% azalıb. Xalis mənfəətin azalması gəlirin azalmasından qaynaqlanır.
Marja.az Şirkətin 31 dekabr 2023-cü il tarixində konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatlarına istinadən xəbər verir ki, "Estet" MMC-nin əsas əməliyyat gəliri 2022-ci ildə 16 milyon 41 min manat ikən, 2023-cü ildə 12 milyon 983 min manata düşüb (3 miylon 58 min manat və ya 19% azalıb). Ötən il Şirkət 289 min manat digər gəlirlər də əldə edib.
31 dekabr 2023-cü il tarixində "Estet" MMC 7 milyon 526 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 7 milyon 527 min manat cəmi aktivlərə malik idi.
"Estet" MMC-nin Gürcüstanda filalı fəaliyyət göstərir.
Qeyd edək ki, "Estet" MMC generatorların, UPS-lərin, təhlükəsizlik, kamera sistemlerinin satışı, montajı və texniki dəstək fəaliyyətləri ilə məşğul olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
12 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)





