Yolun 2-ci və sonrakı cərgələrində dayanan avtomobillər cərimələnəcək
Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə cərimə nəzərdə tutulub.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Cərimənin məbləği 80 manat müəyyən edilib. Bundan əlavə, həmin səbəbə görə cərimədən əlavə 2 bal inzibati tənbeh tədbiri də müəyyən edilir.
Eyni zamanda, sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Səkilərdə avtomobil saxlayanlar cərimələnəcək
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Məcəlləyə əsasən, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat məbləğində cərimə ediləcək.
Qeyd edilib ki, şəxs yuxarıda nəzərdə tutulmuş inzibati xətanı törətməyə fasiləsiz davam edirsə, həmin inzibati xətanın törədilməsinə görə gün ərzində təkrar inzibati məsuliyyətə cəlb oluna bilməz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
19 d. əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
25 d. əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
35 d. əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
Ən çox oxunanlar
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı









.jpg)





.jpg)


