PAŞA Bank AMFA-nın illik təltifetmə tədbirin “Platinum” tərəfdaşı olub
(®) Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) 16-cı illik təltifetmə tədbirin “Platinum” tərəfdaşı olub.
Tədbirdə dövlət qurumlarının, bank və qeyri bank olan kredit təşkilatlarının, sığorta şirkətlərinin, biznes assosiasiyaları və mikromaliyyə sektorunda xidmət göstərən yerli və beynəlxalq təşkilatların 100-ə yaxın nümayəndəsi iştirak etmişdir. Eyni zamanda AMFA-nın təsis edilməsinin 23-cü il dönümünə həsr olunmuş tədbirin əsas məqsədi maliyyə institutları ilə tərəfdaş təşkilatlar arasında işgüzar əlaqələrin qurulması və təcrübə mübadiləsinin aparılması olub.
Tədbirin açılışında “PAŞA Bank”ın Korporativ və instusional bankçılıq departamentinin Maliyyə İnstitutları şöbəsinin rəhbəri Zahid Əfəndiyev öz çıxışında qeyd edib ki, Azərbaycan Respublikası Mərkəzi Bankın (ARMB) 2024-cü ilin ilk rübünə olan Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) icmal balans hesabatına əsasən bu sektorun 2024-cü ilin birinci rübündə 461 milyon öhdəliyi mövcuddur. Bu öhdəliklərin 26 mln. manat ARMB, 58 mln. manat qiymətli kağız, 129 mln. manat bank sektoru qarşısında, 250 mln. manat isə digər mənbələrdən olmuşdur.
“Uzun illərdi ki, “PAŞA Bank” mikromaliyyə institutları sahəsində xidmət göstərən təşkilatların etibarlı tərəfdaşıdır və böyük məmnuniyyətlə vurğulamaq istərdim ki,BOKT bazarının sözü gedən 129 mln manat bank sektoru qarşısında olan öhdəlikləri üzrə 41% bazar payına sahibik. Bu “PAŞA Bank”ın mikromaliyyə sektora olan davamlı dəstək və güvənin göstəricisidir” – deyə , Z. Əfəndiyev çıxışını yekunlaşdırıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
20 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















