Azər Türk Bankın xalis mənfəəti kəskin artıb
2024-cü ilin birinci yarımilində Azər Türk Bank 13,5 milyon manat, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 90% çox xalis mənfəət əldə edib.Azər Türk Bank birinci yarım ili yüksək göstəricilərlə başa vurub.
Bankın yaydığı press-relizdə bildirilir ki, dövlət bankı Azər Türk Bankın 01 iyul 2024-cü il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 76% artaraq 1,5 milyard manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 751,6 milyon manat təşkil etmişdir ki, bu da ötənilki göstəriciyə nisbətən 84% çoxdur.
2024-cü ilin birinci yarım ili ərzində Bankın gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə 56% yüksəlməklə 68 milyon manat, xərcləri 54 milyon manat olmuşdur.
Hesabat dövründə Azər Türk Bank 13,5 milyon manat, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 90% çox xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 28% artaraq, 91 milyon manat olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 80% artımla 1,4 milyard manat səviyyəsindədir.
Bankın depozit portfeli dəfələrlə böyüyərək, 892 milyon manat təşkil etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,7%, kapitalın gəlirlilik əmsalı (ROE) 25,3% olub.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























