Beynəlxalq Bankın səhmlərini almaq sərfəlidir?
ABB-nin (Azərbaycan Beynəlxlaq Bankı) kütləvi təklif edilən 322 000 000 ədəd səhiminə artıq 9 mindən çox investor 11 mindən çox sifariş yerləşdirib.
Marja.az xəbər verir ki, bunu ABB-nin yeni səhm emissiyasının anderrayteri olan “ABB İnvest İnvestisiya Şirkəti”nin direktoru Nadir Babazadə bildirib.
Onun sözlərinə görə, ötən il ABB hər səhminin nominal dəyərinin 15.1%-i məbləğində dividend ödənişi edib:
"ABB-nin səhmləri kifayət qədər sərfəli investisiya alətidir. Bir tərəfdən, bu səhmlər yüksək dividend gəliri qazandırır, digər tərəfdən səhmlərin özünün də qiymətinin yaxın gələcəkdə artım potensialı böyükdür. ABB səhmdarlarına dividend ödənişi son illər ərzində bir neçə dəfə artaraq bir səhm üzrə 0.041 manata çatıb. Bu da səhmin nominal dəyərinin 15.1%-ni təşkil edir. Bunu da müşahidə edən və dəyərləndirən investorların sayı az deyil".
Nadir Babazadə qeyd edib ki, bir səhmin nominal qiyməti 27 qəpikdir: "Abunə yazılışı dövründə investorlar öz sifarişlərini 27 qəpik və ya daha yuxarı qiymətlə təqdim edə bilər. Sifarişdə qiymət nə qədər yuxarı göstərilsə, sifarişin təmin edilməsi ehtimalı da bir o qədər artır. Əgər abunə yazılışı dövründə toplanılan sifarişlərin həcmi əlavə buraxılan səhmlərin sayından, yəni 322 000 000 ədəd səhmdən çox olsa, o zaman daha yuxarı qiymətlə verilmiş sifarişlər ilk növbədə təmin ediləcək".
Abunə yazılışı sentyabrın 10-da bitir. Abunə yazılışı bitdikdən sonra 2 iş günü ərzində yerləşdirmənin başlanma və başa çatma tarixi ilə bağlı elan veriləcək və toplanmış sifarişlər yerləşdiriləcək. Bu arada onu da qeyd edim ki, qanunvericiliyə görə, yerləşdirmə üçün maksimal müddət 7 iş günüdür.
İstənilən fiziki və hüquqi şəxs ABB səhmlərini əldə edə bilər. Səhmlərə “ABB İnvest" şirkəti və digər banklar vasitəsilə abunə yazılmaq mümkündür. Səhmlərə onlayn da abunə yazılmaq imkanı yaradılıb.
Nadir Babazadə əlavə edib ki, yerləşdirmə müddəti bitdikdən sonra əldə edilmiş səhmlər “ABB-İnvest” İnvestisiya Şirkəti QSC-yə və ya digər investisiya şirkətlərinə sifariş verilməklə satış həyata keçirilə bilər. Yaxın gələcəkdə səhmlərin ABB mobile vasitəsilə elektron formada satışı da mümkün olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
56 d. əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
1 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
1 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
1 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 3 saat əvvəl
-
5 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























