“AzerGold”dan yeni hədəflər
Milli dağ-mədən sənayesinin inkişafına davamlı töhfə verməyi qarşıya məqsəd qoyan “AzerGold” QSC ölkə ərazisində mövcud olan filiz, qeyri-filiz yataq və təzahürləri üzrə geoloji kəşfiyyat proqramının icrasına dəstək göstərir.
QSC-nin yaydığı məlumatda bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə icra olunan proqram 15409 km2 ərazini əhatə edir. “AzerGold” QSC-nin tədqiqat sahəsi isə 6080 km2-dir:
Gəncə-Daşkəsən iqtisadi rayonunun cənub-qərb hissəsi;
Şərqi Zəngəzur iqtisadi rayonunun şimal hissəsi;
Naxçıvan Muxtar Respublikasının şimal-qərb hissəsi.
Proqram ən müasir yanaşmalar – hiperspektral və aeroelektromaqnetik tədqiqatlar vasitəsilə icra olunur. Bu tədqiqat üsulları perspektivli sahələrin qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılmasına imkan verir. Proqramın 2026-cı ilin sonunadək ilkin texniki-iqtisadi hesablamaların aparılması, yekunlaşdırılması nəzərdə tutulub. Tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar yeni mədən layihələrinə yerli və xarici investorların cəlb edilməsinə imkan verəcək.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
- 18 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb





















