Moody’s agentliyi Bank of Baku-nun reytinqini yüksəltdi
Moody’s beynəlxalq reytinq agentliyi açıqladığı son hesabatda Bank of Baku-nun bir neçə göstərici üzrə reytinqini yüksəldib.
Bankın yaydığı məlumatda bildirilir ki, agentlik Bank of Baku-nun kredit ödəmə qabiliyyətinin baza səviyyəsi (BCA) və tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini B2 səviyyəsindən B1-ə yüksəldib. Bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi də B2-dən B1 səviyyəsinə dəyişib.
Bank of Baku-nun kredit ödəmə qabiliyyətinin baza səviyyəsindəki müsbət dəyişiklik bankın inkişaf etmiş likvidlik profili, eləcə də ölkə səviyyəsində banklar üçün yaradılmış fəaliyyət mühiti və Azərbaycanın iqtisadi gücünün artması ilə əsaslandırılır.
Bu, eyni zamanda Bank of Baku-nun son illərdə aktivlərinin keyfiyyətinin və gəlirliliyinin artmasını da əks etdirir.
Agentlik öz hesabatında Bank of Baku-nun uzunmüddətli depozit reytinqləri üzrə proqnozu “stabil” olaraq göstərib, bu isə bankın növbəti 12-18 ay ərzində sağlam kredit göstəricilərini qoruyub saxlayacağına dair fikirləri qüvvətləndirir.
Məlumat üçün qeyd edək ki, 30 ildir fəaliyyət göstərən “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 22 saat əvvəl
-
- 23 saat əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























