Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə görüş keçirilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qara Dəniz Ticarət və İnkişaf Bankının vitse-prezidenti ilə görüş keçirilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat nazirinin müavini Anar Axundov Qara Dəniz Ticarət və İnkişaf Bankının   vitse-prezidenti Draqoş-Paul Ungureanu ilə görüşüb.

Görüşdə ölkəmizin də səhmdarı olduğu Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə “yaşıl” maliyyələşdirmə və investisiyalar, KOB-un inkişafı və sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, işğaldan azad edilmiş ərazilərin bərpası və bərk məişət tullantılarının idarə olunması layihələrinin maliyyələşdirilməsi kimi məsələlər nəzərdən keçirilib.

Reklam_3_11

Tərəflər Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə COP29 çərçivəsində əməkdaşlıq, iqlim gündəliyinə xüsusi diqqət yetirilməklə Azərbaycanın investisiya prioritetləri layihələrin maliyyələşdirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

09.07.2024 18:05

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18