Abşeron Logistika Mərkəzi Çin şirkətilə əməkdaşlıq haqqında sənəd imzaladı
Ziya Ağayev: İlin əvvəlindən Çindən gələn blok qatarının 70-75 %-i Azərbaycanın idxal məhsullarıdır. Yüklərin qəbulu, üçüncü ölkəyə daşınması üçün Abşeron Logistika Mərkəzində lazım olan bütün infrastruktur yaradılıb. Hazırda Çindən ölkəyə gələn yüklərin üçüncü ölkələrə getməsi üçün potensial böyükdür. Çindən gələn yüklərin geri boş qayıtması böyük problem yaradırdı və bunun da həlli ilə bağlı addımlar atılır.İyulun 8-də Çin ilə Azərbaycanın logistika və turizm şirkətlərinin iştirakıyla "Şanxay Əməkdaşlıq Təşkilatı Nümayiş Zonası - Azərbaycanda Logistika və Ticarətin Təşviqi" mövzusunda konfrans keçirilib.
Bakıda keçirilən konfransda Abşeron Logistika Mərkəzi ilə Çinin "Shandong Chilu Express Eurasia Class Train Operation" şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.
Abşeron Logistika Mərkəzinin yaydığı məlumatda bildirilir ki, imzalanan sənədin məqsədi yükdaşımaları sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirmək, dəmir yolu yükdaşımalarını təkmilləşdirmək, nəqliyyat və logistika sisteminin irəliyə doğru tərəqqi etməsi üçün plan və strategiyaları hazırlamaq və qarşılıqlı təcrübələrin mübadiləsidir.
Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev konfrans zamanı çıxış edib. O çıxışı əsnasında bildirib ki, ilin əvvəlindən Çindən gələn blok qatarının 70-75 %-i Azərbaycanın idxal məhsullarıdır. Yüklərin qəbulu, üçüncü ölkəyə daşınması üçün Abşeron Logistika Mərkəzində lazım olan bütün infrastruktur yaradılıb. Hazırda Çindən ölkəyə gələn yüklərin üçüncü ölkələrə getməsi üçün potensial böyükdür. Çindən gələn yüklərin geri boş qayıtması böyük problem yaradırdı və bunun da həlli ilə bağlı addımlar atılır.
Qeyd edək ki, Abşeron Logistika Mərkəzi Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından beynəlxalq əməkdaşlıqların artırılmasına xüsusi əhəmiyyət verir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır




















