“Zəyəm Texnologiyalar Parkı”nın xalis zərəri azalıb
“Zəyəm Texnologiyalar Parkı” ASC 2023-cü ili 1 milyon 726 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 1 milyon 915 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il “Zəyəm Texnologiyalar Parkı”nın xalis zərəri 189 min manat və ya 9,9% azalıb. Xalis zərərin azalması əsas əməliyyat gəlirinin artması ilə bərabər, amortizasiya xərclərinin də düşməsilə bağlıdır.
Marja.az “Zəyəm Texnologiyalar Parkı” ASC-nin 2023-cü il dekabrın 31-nə başa çatmış il üzrə maliyyə vəziyyəti haqqında hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə ASC-nin əsas əməliyyat gəliri 5 milyon 410 min manat ikən, 2023-cü ildə 7 milyon 942 min manata yüksəlib (2 milyon 532 min manat və ya 46,8% artıb).
Şirkətin sair əməliyyat gəliri 2022-ci ildəki 83 min manatdan, 2023-cü ildə 58 min manata düşüb.
Ötən il şirkətdə satışın maya dəyəri 2 milyon 331 min manat və ya 48,9% artaraq 7 milyon 95 min manat olub.
2023-cü ildə “Zəyəm Texnologiyalar Parkı"nın kommersiya, inzibati və maliyyə xərcləri də artıb, amortizasiya xərcləri azalıb.
Zəyəm Texnologiyalar parkının əsası 1962-ci ildə qoyulmuş və "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialı kimi fəaliyyətə başlamışdır. 1966-ci ildən SSRİ Traktor və Kənd təsərrüfatı Maşınqayırma Nazirliyinin tərkibinə verildikdən sonra STX-30 markalı kartofu anbarlarlara yığıb boşaldan transportyorlar sistemi, CNU markalı çuğundur çıxaranlar, MOS-300 markalı toxumyuyan maşınlar, Balıq mühafizə qurğuları, TXB-20 markalı transportyorlar komplekti, kənd təsərrüfatı malları ehtiyat hissələri istehsal edilmişdir. 30 iyun 2014-cü ildə səhimdarların ümumi yığıncağı zamanı tərtib edilmiş protokola əsasən "Zəyəmkəndmaş" ASC-nin adı "Zəyəm Texnologiyalar Parkı" ASC olaraq dəyişdirilmişdir.
Hazırda Zəyəm Texnologiyalar Parkı müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri,metal körpü estakadalar,konteynerlər, silolar, çənlər, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif tipli sənaye qəliblər, kənd təsərrüfat aqreqatları ,bina ,tunel,yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar,ekskavatorlar,qreyderlər,buldozerlər) ehtiyat hissələri (vallar, oxlar, dişli çarxlar, muftalar, oymaqlar ) və s. istehsal edir.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















