Əhali və biznesin banklarda 35 milyard manata yaxın pulu var
31 May 2024-cü il tarixində olan məlumata görə, bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir. Cəmi öhdəliklərin 81.4%-i və ya 34 milyard 835.2 milyon manatı depozitlərdir.
Bu barədə Marja.az Mərkəzi Bankın Statistik Bülleteninə istinadən xəbər verir.
Depozit portfelinin 61.5%-i (21 milyard 435.7 milyon manat) hüquqi şəxslərin, 38.5%-i (13 milyard 399.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanət portfelinin 56.9%-i (7 milyard 625.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin əmanətlərinin 64.8%-i (8 milyard 684.6 milyon manat) milli valyutada, 35.2%-i (4 milyard 714.9 milyon manat) xarici valyutadadır. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 301.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.1%-ni təşkil etmişdir .
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.3 faiz bəndi azalaraq 34.7% təşkil etmişdir.
Ötən ili 31 May tarixində bankların cəmi öhdəliklərininin 82%-i və ya 32 milyard 678.7 milyon manatı depozitlər idi. Depozit portfelinin 62.8%-i (20 milyard 535.7 milyon manat) hüquqi şəxslərin, 37.2%-i (12 milyard 143 milyon manat) fiziki şəxslərin depozitlərində (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarət idi.
Bankların əmanət portfelinin 53.2%-i (6 milyard 454 milyon manat) müddətli əmanətlərdən ibarət olmuşdu. Hüquqi şəxslərin tələbli depozitləri 17 milyard 492.2 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 85.2%-ni təşkil etmişdi.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2023-cü ilin may ayında ilin əvvəlinə nəzərən 1.2 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.2 faiz bəndi azalaraq 38% təşkil etmişdi.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
11 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















