Dənizkənarı Bulvarda avtomobil sərgisi keçiriləcək - TARİXLƏR
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) "Kaspian Motor Şou 2024" avtomobil sərgisi barədə məlumat yayıb.
Məlumatda bildirilir ki, sərgi 5-7 İyul 2024-cü il tarixində baş tutacaq.
Sərginin daimi tərəfdaşı Azərbaycan Avtomobil Federasiyası (AAF) və Dənizkənarı Bulvar İdarəsidir. Ən yeni modellərdən ibarət ekspozisiya Bakı sakinlərinin və turistlərin sevimli məkanı – Dənizkənarı Bulvarda qurulacaq.
AADA-nın rəsmi məlumatında bildirilir:
"Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" proqramında təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər təyin edilmişdir. 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş və Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Bu proqram çərçivəsində ekoloji nəqliyyat vasitələrinin təşviqini gücləndirmək üçün AADA bir sıra tədbirlər həyata keçirir və ya tərəfdaşlıq edir. Belə tədbirlərdən Abşeron Logistika mərkəzində təşkil olunmuş ekoloji avtomobillərin yürüş və sərgisini, Bakı Dövlət Peşə Təhsil Mərkəzində ekoloji avtomobillər mövzusunda konfrans və sərgini, Fövqaladə Hallar Nazirliyinin Akademiyasında «Elektrik avtomobillərində yanğın təhlükəsi» mövsusunda konfransı misal gətirmək olar. Kaspian Motor Şou 2024 sərgisində ekoloji avtomobillərin təşviqinə xüsusi diqqət ayrılacaq və belə modellər üçün xüsusi ayrılmış zona təşkil olunacaq."
Xatırladaq ki, Kaspian Motor Şou 2003-cü ildən ölkənin müxtəlif bölgələrində keçirilir. Bu sərgilərdə ənənəvi olaraq, müxtəlif yarışmalar, müsabiqələr, əyləncələr və konsert təşkil olunur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















