MMF2024-ün ikinci gününün spikerləri bəlli oldu!
“Bilik təcrübədə tamamlanır” şüarı ilə bu il IX dəfə keçiriləcək Milli Marketinq Forumu 28, 29 və 30 iyun tarixlərində “Baku Marriott Hotel Boulevard”da keçiriləcək.
“Facemark” və “Fil Agency” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək forum 9 paneldən ibarət olacaq. 500-dən çox şirkət nümayəndələrinin iştirakı ilə baş tutacaq tədbir ölkəmizdə marketinq sahəsinin inkişafına dəstəyi və sahə üzrə yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
28 iyun online, 29, 30 iyun tarixlərində offline davam edəcək tədbirin ikinci günü “Data və İstehlakçı Davranışı” paneli ilə başlayacaq. “Payriff” şirkətinin CEO-su Türkan Fərzəliyevanın moderatorluğu ilə baş tutacaq paneldə “AYES” şirkətinin direktoru Xəqani Səfərov, “Brandup” marketinq və dizayn agentliyinin təsisçisi Tamerlan İsmayılov və Azercell şirkətinin baş marketinq direktoru Mert Başar öz təcrübələrini paylaşacaq.
“Çevik Marketinq Strategiyaları” paneli PAŞA Kapital İnvestisiya şirkətinin marketinq rəhbəri Gülşən Cumayevanın moderatorluğu ilə keçiriləcək. “Coca-Cola” şirkətinin marketinq direktoru Emil Ələsgərov, “Marlab” şirkətinin təsisçisi Əli Bədəlov, “Synergy Partnership” şirkətinin təsisçisi, baş direktoru Rüfət Abbasov və TƏBİB-in ictimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova spiker qismində çıxış edərək marketinq strategiyaları, data və istehsalçı davranışı, rəqəmsal marketinq alətləri haqqında müzakirələr edəcəklər.
“Rəqəmsal Marketinq” paneli “New Media” və “Adviad” şirkətlərinin təsisçisi və baş direktoru Rasim Davudovun moderatorluğu ilə keçiriləcək. Panelin spikerləri - “Digital Hero” şirkətinin təsisçisi Babaxan Məlikli, “Gocreative GDDA” şirkətinin Bakı və İstanbul ofislərinin direktoru İslam Rızabəyli və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə baş mütəxəssisi Nofəl Əliyev rəqəmsal dünyanın ən son yeniliklərindən danışacaqlar.
Həmçinin “Endorphin” şirkətinin təsisçisi Orxan Kərimov, “Mirros” psixoloji mərkəzinin psixoloqu Xanım Həsənova və “Argus Growth Agency”nin təsisçisi Bora Alçı tədbir zamanı keynote spiker qismində təqdimatlarını edəcəklər.
Qeyd edək ki, tədbir 28 iyun online formatda, 29, 30 iyun isə offline formatda keçiriləcəkdir.
Milli Marketinq Forumuna bilet əldə etmək və tədbirlə bağlı ətraflı məlumat əldə etmək üçün forumun rəsmi saytına (https://millimarketinqforumu.az/) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.
Facebook: https://www.facebook.com/MilliMarketinqForumu
İnstaqram: https://www.instagram.com/milli_marketinq_forumu/
Linkedln: https://www.linkedin.com/company/milli-marketinq-forumu/
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
4 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 16 d. əvvəl
- 18 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq






















