"Dondurmalarımızda bakteriya olması qeyri-mümkündür" - "RİCH S.A"DAN AQTA-YA ETİRAZ
"Mövcud vəziyyətin səbəbləri bizim şirkətimiz tərəfindən də araşdırılmağa başlanmışdır, məhsulda bakteriyanın olması onun saxlanılma şəraitinə və ya daşınma zamanı yol verilən pozuntulardan qaynaqlana bilər. Bizim şirkətə məxsus avtomobillərlə daşınmış və şirkətə məxsus soyuducularımızda saxlanılan məhsullarda bu hal mümkün deyildir".
"Rich S.A" şirkəti AQTA-dan məhsulların hardan, hansı şəraitdən götürülməsi ilə bağlı məlumatı tələb edir və qurmu məhkəməyə verməklə hədələyir.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Məlumata görə, "Rich S.A" MMC-nin istehsalı olan "İçərişəhər" əmtəə nişanlı vanilli plombir dondurma, "Soyuq" əmtəə nişanlı südlü-kakaolu dondurma, "Soyuq" əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, "Yolka" əmtəə nişanlı dondurmada da uyğunsuzluq aşkarlanıb.
"Rich S.A" MMC AQTA-nın yaydığı məlumatı təkzib edib.
Şirkətdən Marja-ya daxil olmuş məlumatda bildirilir:
"Mətbuata yayılmış olan məlumatlar bizi çox məyus etmişdir. Əsas hal ondan ibarətdir ki, bizim müəssisə məhsulların istehsal olunmasında dünyada mövcud olan qabaqcıl texnologiyalardan istifadə edir. Belə ki, həmin məhsullar insan əli toxunmadan istehsal olunur.
Mətbuatda adı çəkilən məhsullarımızda aşkar olunduğu bildirilən bakteriyanın məhsulumuzda olmasının qeyri-mümkün olduğunu qətiyyətlə bildiririk. Buna sübutumuz son on gün ərzində müəssisəmizdə yoxlamada olan AQTA nümayəndələrinin müəssisəmizin anbarından və istehsalat sahəsindən götürdükləri nümunələrin laboratoriya nəticələridir (AQTA-nın sınaq nəticələrini əlavə olunur). Nümunələrdən də göründüyü kimi müəssisəmizdə olan xammallarda, hazır məhsullarda və dəzgahlarda heç bir bakteriya aşkarlanmamışdır.
Eyni zamanda bildiririk ki, məhsullarımızın hazırlanması üçün istifadə etdiyimiz xammal mütləq şəkildə AQTA-nın laboratoriyalarında yoxlamadan keçirildikdən və müsbət nəticə alındıqdan sonra istehsalımızda istifadə edilir. O cümlədən, günlük hazırlanan hər məhsulun hər partiyasından nümunə götürülərək AQTA-nın laboratoriyasına göndərilir və uyğunluq cavabı gəldikdən sonra qablaşdırılır (Sınaq nəticələrindən nümunə əlavə olunur) Mövcud vəziyyətin səbəbləri bizim şirkətimiz tərəfindən də araşdırılmağa başlanmışdır, məhsulda bakteriyanın olması onun saxlanılma şəraitinə və ya daşınma zamanı yol verilən pozuntulardan qaynaqlana bilər. Bizim şirkətə məxsus avtomobillərlə daşınmış və şirkətə məxsus soyuducularımızda saxlanılan məhsullarda bu hal mümkün deyildir.
Mətbuatda yayılmış bizim şirkətə məxsus məhsulların hardan, hansı şəraitdən götürülməsi ilə bağlı məlumatı qarşı tərəfdən tələb edirik.
Əgər məhsulların götürüldüyü yer, daşınma şəraiti, götürən adamın götürmə prossesinin protokollaşdırılma şəraiti bizə təqdim edilməzsə şirkət nüfuzumuzu aşağılamaq ittihamı ilə qarşı tərəfi məhkəməyə verəcəyik.
Mövcud vəziyyət bizi çox məyus etmişdir, bu halın mümkün olmasını qətiyyətlə təkzib edirik. Alıcılarımızdan bu məsələni sonuna qədər izləmələrini xahiş edirik və əminliklə bildiririk ki, məhsullarımızın keyfiyyətində heç bir uyğunsuzluq ola bilməz.
Hər zaman olduğu kimi bütün mətbuat orqanlarına istehsal müəssisəmiz açıqdır,istənilən vaxt xəbərsiz istehsal prosesimizi çəkməyə gələ bilərlər. O cümlədən bu gün ATV və Space TV -nin xəbər proqramlarına istehsal prossesimizi təqdim edərək geniş müsahibə vermişik.
Agentlik əməkdaşlarına yoxlama aparılması üçün hazır məhsullarımızdan və bütün istehsal prosesi mərhələlərində olan istənilən məhsuldan nümunələr təqdim etməyə hazırıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 9 saat sonra
-
6 saat əvvəl
İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Gələn il Azərbaycana elektrik mühərrikli avtobusların idxalı ƏDV-dən azad olacaq
-
7 saat əvvəl
Azərbaycana gətirilən 1 ədəddən artıq hər mobil telefona görə 100 manat vergi alınacaq
-
7 saat əvvəl
Azərbaycan idxal olunan kvadrisikllərə görə aksiz dərəcəsi tətbiq olunacaq
-
7 saat əvvəl
SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər

Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!

İcra başçısının oğlu dövlət agentliyinin aparat rəhbəri təyin edilib

Qəhvə qiymətləri rekord səviyyəyə çatdı

SOCAR-ın büdcəyə dividend ödənişləri üzrə proqnozu azaldılır

Evləri kirayə verənlərin gəlirlərindən 10% vergi tutulacaq

Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
Ən çox oxunanlar
Bakı metrosuna dövlət büdcəsindən yardım kəskin artırılır

Media subyektləri üçün vergi güzəştinin müddəti 3 il uzadıla bilər

Gələn il də minimum maaş 400 manat olacaq

Azərbaycanda "Duty Free"yə satılan mallar vergidən azad edilə bilər

Restoran və kafelərin nağdsız dövriyyəsi 6%-lə vergiyə cəlb olunacaq

“Forma 4”ün elektron sorğulanması imkanı könüllü sığorta müqavilələrinə də şamil olunub
