"TANAP konsorsiumu boru kəmərini genişləndirmək variantlarını nəzərdən keçirir"
"TANAP Natural Gas Transmission Company" boru kəməri konsorsiumu (Trans-Anadolu Qaz Boru Kəmərinin inşası və istismarı üzrə operator) bu kəmərin ötürücülük qabiliyyətinin genişləndirilməsi üçün 7 variantı nəzərdən keçirir.
Bunu açıqlamasında TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol bildirib.
“Biz TANAP boru kəmərinin gücünün genişləndirilməsi üçün bir neçə variantı nəzərdən keçiririk. Ümumilikdə 7 ssenari öyrənilir ki, bu da müxtəlif həcmlərə genişlənməni nəzərdə tutur. Hələlik kəmərin genişləndirilməsi ilə bağlı investisiya qərarı yoxdur və TANAP konsorsiumu bunu tək qəbul edə bilməz”, - o qeyd edib.
S.Düzyol vurğulayıb ki, qaz kəmərinin gücünün artırılması barədə qərar Avropa istehlakçıları arasında müvafiq maraq, boru kəmərinin sahibləri və qaz istehsalçıları ilə razılaşmalar olduqda qəbul edilə bilər:
“Ancaq Avropa, xüsusən qaza olan tələblə bağlı aydın siqnallar göndərmir. Azərbaycanla avropalı alıcılar arasında uzunmüddətli qaz alqı-satqısı müqavilələri imzalanmalı və TANAP vasitəsilə əlavə həcmlərin nəqli üçün tranzit müqavilələri bağlanmalıdır. Hasilatın həcmini artırmaq üçün investisiya yatırmaq qərarı da qaz istehsalçısı tərəfindən verilməlidir. Bütün bunlar vaxt tələb edir”.
O qeyd edib ki, bu müqavilələr imzalandıqdan sonra kəmərin ötürücülük qabiliyyətinin artırılması ilə bağlı qərarın hansı həcmlərə yönəldiləcəyi müəyyənləşdiriləcək, layihənin büdcəsi də dəqiqləşdiriləcək.
Eyni zamanda, baş direktor qeyd edib ki, qaz kəmərinin gücünün ildə 31 milyard kubmetrə çatdırmaq üçün orta hesabla 5 il vaxt lazımdır: “Bizim əsas üstünlüyümüz yeni boru kəmərinin tikintisinə ehtiyac olmaması, yalnız əlavə kompressor stansiyalarının quraşdırılmasıdır. Hazırda iki kompressor stansiyası var, lakin TANAP ildə 31 milyard kubmetrə qədər genişləndirildikdə onların sayı 6-ya çatdırıla bilər”.
Onun sözlərinə görə, Avropada qaza tələbat azalıb və bu, qiymətləri aşağı salır və hasilatı artırmaq üçün investisiya qərarlarının qəbuluna kömək etmir. Bundan əlavə, əksər ölkələrin öz iqtisadiyyatlarını karbonsuzlaşdırmaq və aşağı karbonlu həllər həyata keçirmək istəyi də öz təsirini göstərir: “Bununla belə, biz hesab edirik ki, qaz kömür və ya nüvə yanacağı ilə müqayisədə elektrik enerjisi istehsalında istifadə üçün ekoloji cəhətdən təmiz yeganə alternativ olduğundan qaza tələbat olacaq”.
S.Düzyol həmçinin bildirib ki, TANAP kəmərinin ötürmə qabiliyyəti ildə 16,2 milyard kubmetr qaz təşkil edir ki, bunun 5,7 milyard kubmetri Türkiyəyə, qalan həcmi isə Avropaya tədarük edilir.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) məlumatına görə, 2024-cü il mayın 1-nə TANAP vasitəsilə 62 milyard kubmetr nəql edilib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TANAP Türkiyənin Gürcüstanla sərhəddindən başlayır və Yunanıstan sərhəddində, Ədirnənin İpsala rayonunda Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək TAP-a birləşdirilir.
Ümumi uzunluğu 1 850 km olan TANAP Faza-0 və Faza-1 hissə olaraq həyata keçirilir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 12 saat sonra
-
-
54 d. əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
9 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
-
11 saat əvvəl
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 27 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 27 GÜN
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb
AZAL Naxçıvan reyslərini bərpa edib
"79 şəhərdən 68-nin baş planı yenilənib, 11 şəhər üzrə isə hazırlıq işləri davam edir"
ING: Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildə ÜDM-in 10 %-ni təşkil edə bilər
Tramp İranı yenidən hədələdi - “Hər şeyi iki günə məhv edə bilərik"






.jpg)











.jpg)





