İnstitutun direktor müavinindən aqrar sığorta fondunun yaradılması təklifi
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 11 aprel 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasına kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi və digər məsələlərlə yanaşı, aqrar sığortanın inkişaf etdirilməsi, o cümlədən, kənd təsərrüfatı sahəsi üzrə sığorta fondunun yaradılması imkanlarının dəyərləndirilməsi, Sığorta Hadisələri Reyestrinin hazırlanması tapşırıqları verilmişdir.
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutunun direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Rоfət Hüseynəliyev ölkədə Kənd Təsərrüfatı Sığortası Fondunun və Kənd Təsərrüfatı Kreditlərinin Zəmanəti (və ya Təminatı) Fondunun yaradılması məqsədəuyğun olardı.
Onun sözlərinə görə, Yeri gəlmişkən, Sığorta Fondunun fəaliyyət istiqamətlərinə bağlanılmış sığorta müqavilələrinin uçotunun aparılması, sığortalılar tərəfindən ödəniləcək sığorta haqlarının vaxtında ödənilməsinə nəzarət edilməsi, risklərin daxili və ya xarici təkrar sığortaçılara təkrar sığortaya verilməsi, habelə bu məqsədlə müvafiq danışıqların reallaşdırılması, sığorta hadisəsi nəticəsində dəyən zərər məbləğinin vaxtında müəyyənləşdirilməsi, fond vəsaitlərinin müvafiq qaydada investisiya məqsədilə istifadəsinin təşkili, kənd təsərrüfatı məhsulları istehsalçılarını məlumatlandırmaq üçün əhali arasında reklam-təbliğat tədbirlərinin həyata keçirilməsi və s. aid edilə bilər.
Sığorta Fondunun sərmayəçiləri əməkdaşlıq əsasında formalaşdırıla bilər. Sərmayəçilər sırasında özəl sektorun, beynəlxalq fondların, dövlət sektorunun birgə yer almalarına nail olunması məqsədəuyğun sayılır. Xüsusilə bankların bu sistemdə iştirakı risklərin düzgün qiymətləndirilməsi baxımından mühüm önəm daşıyır. Əlaqədar beynəlxalq fondların sistemə cəlb edilməsi isə həm kapital imkanlarının genişlənməsinə, həm də beynəlxalq təcrübənin tətbiqinə imkan yaradar. Belə halda isə maraqlı tərəflər arasında əməkdaşlıq dövət- özəl sektor əməkdaşlığı prinsiplərinə və mexanizmlərinə əsaslana bilər.
Fondun maliyyələşmə mənbələri kimi - sığorta təşkilatları tərəfindən bu növ üzrə baglanılmış sığorta müqavilələrinə görə alınaraq fonda ödənilən sığorta haqları, sığorta müqavilələri üzrə hesablanmış sığorta haqlarında dövlətin payı, sığorta haqlarının investisiyasından əldə olunan gəlirlər, təkrarsığorta müqaviləsinə görə alınan komissyon mükafatlar, zərurət yaranacağı halda alınan kreditlər, büdcə vəsaiti hesabına daxil olan əlavə vəsaitlər və s. nəzərdə tutula bilər.
Fondun xərclərinə isə sığorta hadisələri üzrə veriləcək sığorta ödənişləri, sığorta müqavilələri üzrə sığortaçıların komisyon mukafatları, təkrarsığorta müqavilələrinə görə ödəniləcək təkrarsığorta haqları, zərərlərin müəyyənləşdirilməsi məqsədilə çəkilən xərclər, kreditlər üzrə əsas borc və faiz məbləğlərinin ödənilməsi, fondun idarəçiliyinə çəkilən xərclər, reklam-təbliğat işlərinin aparılması xərcləri və s. aid edilə bilər.
İqtisadçının fikrincə, Sığorta Fondunun fəaliyyətinə mütəmadi nəzarət və dəstək üçün Himayədarlar Şurasının formalaşdırılması məqsədəuyğun olardı. Bu şuranın tərkibi Kənd Təsərrüfatı, Maliyyə və İqtisadiyyat nazirliklərinin, Maliyyə Nəzarət Palatasının nümayəndələrindən və sığorta, kredit təşkilatlarının, habelə kənd təsərrüfatı istehsalçılarının maraqlarını təmsil edən şəxslərdən formalaşdırıla bilər.
Sığorta Fondu təsis edilərkən riskin bölüşdürülməsi ilə bağlı dəqiq mexanizm hazırlanmalıdır. Bu zaman dünya təcrübəsinə istinad edilə bilər. Fondun sərmayəsinin formalaşmasında bankların (xüsusilə, özəl bankların) geniş iştirakı təmin ediləcəyi halda, prioritet istiqamətlər üzrə zəmanətin maksimum limitini 95-100 faizə qədər artırmaq mümkündür. Əks təqdirdə, zəmanət üçün maksimum limiti 50-75 faiz həddində müəyyənləşdirmək məqsədəuyğundur.
Sığorta Fondunun fəaliyyətinin TARSİM (Türkiyə) nümunəsində olduğu kimi, hər növ vergilərdən azad edilməsi son nəticədə, zəmanət xərclərinin aşağı olmasına və bu məqsədlə ayrılan vəsaitlərin daha səmərəli istifadəsinə şərait yarada bilər.
“Azərbaycanda kənd təsərrüfatı istehsalçıları kənd təsərrüfatı müəssisələri, fərdi sahibkarlar, ailə- kəndli və ev təsərrüfatları şəklində üç qrupa ayrılır. Fikrimizcə, Sığorta Fondunun öz fəaliyyətini daha səmərəli qurması, eyni zamanda, qeydiyyatın dürüst aparılmasının təmin edilməsi və risk təhlilləri baxımından ilk iki qrup kənd təsərrüfatı müəssisələri və fərdi sahibkarlar üçün kredit zəmanəti təqdim edilməsi məqsədəuyğun olardı. Bu zaman kiçik müəssisələrə və fərdi sahibkarlara hədəflənmə də məqbul sayılır.
Fondun resurslarının məhdud olacağını nəzərə alaraq, bu resurslardan səmərəli istifadə məqsədilə prioritetləşdirmə aparılması və bunun elan edilməsi faydalı olar. Belə halda məqsədli dövlət proqramlarında nəzərdə tutulmuş sahələrdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalına, regionlarda infrastruktur layihələrinin həyata keçirilməsinə (müasir tipli suvarma sistemlərinin, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün soyuducu anbar komplekslərinin, istixanaların və s. yaradılmasına), ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına, intensiv heyvandarlıq (damazlıq və südlük istiqamətli cins heyvandarlıq), quşçuluq, bağçılıq (o cümlədən, tingçilik), habelə toxumçuluq təsərrüfatlarının, arıçılığın inkişaf etdirilməsinə və s. üstünlük verilə bilər”,- o deyib.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
30 d. əvvəl
Son fürsət! Ad gününə özəl komissiyasız kredit kampaniyasının bu gün son günüdür!
-
-
40 d. əvvəl
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
-
1 saat əvvəl
"Microsoft" süni intellekt üçün 50 milyard dollar sərmayə yatırmağı planlaşdırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan istehsalçılarının xaricə pomidor satışından gəliri azalıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
-
16 saat əvvəl
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
- 18 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Daha 3 həkim-mütəxəssisə plastik cərrahiyyə üçün icazə verilib
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
Rəsmi məzənnələr açıqlandı
Almaniyada əhalinin 2050-ci ilə qədər 5 faiz, 2070-ci ilədək 10% azalacağı gözlənilir
Ən çox oxunanlar
Azərbaycan Suriyada 10-a yaxın yeni məktəb tikəcək, 100-ə yaxınını əsaslı təmir edəcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti


















