Mərkəzi Bank həyat sığortasına yeni qaydalar gətirildi
Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən fiziki şəxslərə verilən kreditlərin həcminin davamlı artımı kredit götürən fiziki şəxslərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsini zəruri edib.
Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, Mərkəzi Bank kredit təşkilatları tərəfindən istehlak kreditləri üzrə xidmət olunan fiziki şəxslərin ödəmə qabiliyyəti və onların həyat risklərinə qarşı müdafiəsi məsələlərinə xüsusi həssaslıqla yanaşıb. Bu sahədə tənzimləmə çərçivəsinin inkişafı və nəzarətin gücləndirilməsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
İstehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq Mərkəzi Bankın təşəbbüsü ilə cari ilin əvvəlində Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə fəaliyyəti təşkil olunub. Beləliklə də, sözügedən sahə ilə bağlı yeni şərtlər formalaşdırılaraq mövcud tənzimləmə çərçivəsi üzrə təkliflər irəli sürülüb və Mərkəzi Bankla geniş müzakirələr aparılıb.
Bu fəaliyyətin yekunu olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 16.05.2024-cü il tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.
Yeni qaydalara əsasən sığorta müqavilələri üzrə sığorta təminatının müddəti kreditin qalan müddətinə bərabər olmalıdır. Sığorta məbləği isə sabit və ya azalan olmasından asılı olmayaraq, minimum borcalanın kredit təşkilatı qarşısında olan faktiki borc məbləği həddində, maksimum isə tərəflərin qarşılıqlı razılığı ilə həmin borc məbləğinin 110%-i həcmində müəyyənləşdirilməlidir. Bu, borcalanın kredit təşkilatı qarşısında olan kreditin ödəniş qrafikinə uyğun faktiki borc, sığorta hadisəsindən sonra yarana biləcək əlavə faiz və ya dəbbə pulu kimi öhdəliklərinin bağlanmasını təmin edəcəkdir.
Həmçinin yeni qaydanın tətbiqi ilə istehlak krediti götürən şəxslər üçün bir sıra tənzimləyici yumşalmalar müəyyən edilib. Belə ki, bu yumşalmalar istehlak kreditinin həcmindən asılı olaraq sığortalanmanın operativliyini təmin etmək, o cümlədən bankdaxili kredit verilməsi üzrə prosedurların əlavə vaxt itkisinə səbəb olmasının qarşısını almaq məqsədi daşıyır. Bundan əlavə, borcalan tərəfindən sığortalanma haqqında ərizə olmadan sığorta müqaviləsinin bağlanması imkanı da yaradılıb.
Qaydalarda əksini tapan digər mühüm dəyişikliklər isə əlilliyi olan şəxslərin sığorta müqaviləsi bağlamaları ilə bağlı meydana çıxan maneələrin aradan qaldırılması və onların kredit müqavilələrinə əlçatanlığının təmin edilməsi olub. Əlilliyə və ya mövcud əllilik dərəcəsinin digər yuxarı dərəcə ilə əvəzlənməsinə səbəb olan sığorta hadisəsi zamanı borcalanın kredit müqaviləsi üzrə qalıq borc məbləğinin həcmi nəzərə alınmaqla, onun sağlamlıq imkanlarının pozulması faizinə uyğun həcmdə ödəniş verilməsi nəzərdə tutulub.
Qaydalara gətirilmiş yeni tələblərdən biri də sığorta şirkətlərinə qarşı borcalanla bağlanmış sığorta müqaviləsinin mövcudluğunu borcalan və ya onun yaxınlarının yoxlamasına imkan verən elektron sistemin qurulması tələbidir. Bu tələb sığortalanmanın mövcudluğunun asanlıqla müəyyən edilməsinə və daha operativ qaydada sığorta hadisəsinin tənzimlənməsinə xidmət edir.
Banklarda kredit risklərinin idarə edilməsinə dair mövcud qaydaya gətirilmiş yeni tələblərdən biri isə bank müştərilərinə istehlak kreditlərini təqdim etdiyi zaman ona paralel olaraq borcalanın həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsinin də bağlanmasını təklif etməsidir. Yeni tələbə əsasən banklar tərəfindən müştərilərə müvafiq sığorta təminatını könüllü qaydada alması ilə bağlı ərizə forması təqdim ediləcəkdir. Müvafiq ərizə formasına əsasən müştəri həyat sığortası üzrə lisenziyası olan sığortaçılardan birinin xidmətini sərbəst qaydada seçə biləcəkdir.
Mərkəzi Bank tərəfindən təsdiqlənmiş yeni qaydalar istehlak krediti götürən şəxslərin həyat risklərinə qarşı müdafiəsinin gücləndirilməsinə, kreditləşmə və sığortalama sahəsində istehlakçılarla banklar və sığortaçılar arasında mübahisələrin azaldılmasına, istehlakçıların bu sahədə hüquqlarının müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited" şirkəti Gədəbəydə sosial təşəbbüslərin icrasını uğurla davam etdirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 24 d. əvvəl
-
-
39 d. əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
46 d. əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
54 d. əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
-
1 saat əvvəl
Tramp: “Rusiya ilə iş görən hər bir ölkəyə çox ağır sanksiyalar gəlir”
-
1 saat əvvəl
Bakı Fond Birjası Tabadul Hub-a qoşulmaq üçün Abu-Dabi Fond Birjası ilə anlaşıb
-
1 saat əvvəl
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
-
1 saat əvvəl
"Qazaxıstan "LUKOİL"ın aktivlərinin alınması ilə bağlı danışıqlar aparmır"
-
1 saat əvvəl
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BOKT ləğv edilir, kreditorlarına müraciət edir
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Ən çox oxunanlar
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub
Azərbaycanın idxalı artıb, ixracı azalıb - SALDO 2,5 DƏFƏ KİÇİLİB
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub
İlham Əliyev “SİMA” imzadan danışdı
ABŞ dövlət katibinin müavini Azərbaycana səfər edəcək



















.jpg)




