Birgə şirkət və Sumqayıt Kimya Sənaye Parkında xüsusi zona yaradılacaq - SAZİŞ İMZALANDI
İZİA-nın rəhbərliyi Tatarıstana səfər çərçivəsində bir sıra görüşlər keçirib. İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradılacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək.İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) rəhbərliyi Tatarıstan Respublikasının paytaxtında “Rusiya – İslam dünyası: KazanForum” XV Beynəlxalq İqtisadi Forumunda iştirak edib.
İZİA-dan Marja-ya verilən məlumata görə, forum çərçivəsində Agentlik "İslam Əməkdaşlıq Təşkilatı ölkələrində azad iqtisadi zona və sənaye parkları - beynəlxalq sənaye korporasiyası üçün yeni imkanlar" mövzusunda keçirilən panel sessiyada təmsil olunub. Sessiyada İZİA-nın İdarə Heyətinin sədri ölkəmizdə faəliyyət göstərən sənaye zonaları, burada investorlar üçün yaradılan biznes imkanları barədə təqdimatla çıxış edib.
Həmçinin iqtisadi forum çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sazişə əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Tatarıstanın Ximqrad Texnopolis Azərbaycanda birgə şirkət yaradılacaq. Yaradılacaq şirkət Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 10 hektarlıq xüsusi zonanın operatoru qismində Rusiyadan, Tatarıstandan, Özbəkistandan olan iş adamlarının Azərbaycana cəlb olunması və sözügedən sənaye zonasında istehsal müəssisələrinin yaradılmasında aktiv iştirak edəcək.
Bundan başqa səfər çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin rəhbərliyi Tatarıstanın Naberejnıye Çelnı şəhərindəki "Kip Master" ASC-nin, Kazan şəhərindəki Ximqrad Texnopolisin, Elabuqa şəhərində yerləşən “Alabuqa” İqtisadi Zonasının fəaliyyət istiqamətləri ilə tanış olub, Rusiya Sənaye Zonaları Assosiasiyasının rəhbərliyi ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















