"Yaşıl ölkə - 2024" başa çatdı
Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş "Yaşıl ölkə 2024" ekoloji avtomobillərin yürüş-festivalı keçirib.
Tədbiri Azərbaycan Avtomobil Silerləri Assosiasiyası (AADA) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə təşkil edib.
"Ekoloji yürüş-festivalın ölkədə elan olunmuş “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və ölkəmizdə baş tutacaq COP29 Konfransı ərəfəsində həyata keçirilməsinin simvolik mənası var idi. Rəsmi idxalçıların təqdim etdiyi 30-dan çox elektrik və hybrid avtomobillərdən ibarət "karvan" Heydər Əliyev Mərkəzindən start alaraq, şəhərin prospektlərində effektli yürüş etdi. Marşrutun son nöqtəsu isə Lökbatan qəsəbəsində yerləşən Avrasiyanın mərkəzində ən böyük intermodal logistika mərkəzi oldu. Abşeron Logistika Mərkəzi həm də regionun ilk «yaşıl» logistika mərkəzidir. Məhz burada ekoloji avto-festivalın qonaqlarını mərkəzin xidmətləri və imkanlarını əhatə edən maraqlı tanıtım turu, daha sonra ən yeni avtomobillərin təqdimaqtları və əyləncəli proqram gözləyirdi",- AADA-nın məlumatında bildirilir.
Festivalda məktəblilər arasında AADA-nın təşkil etdiyi «"Gələcəyin avtomobili" rəsm müsabiqəsinin qalibləri diplomlar və pul mükafatları ilə təltif olunublar. Musiqili qonaqlar "Dərviş Band" qrupunun və Ceyhun Səmədovun çıxışları festivalın əhvalına xüsusi rəng qatıb.
Tədbirdə elan olunub ki, AADA-nın növbəti aksiyası "Kaspian Motor Şou" sərgisi iyun ayında baş tutacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























