Ən sərfəli məzənnələr təklif edən Bankın valyutadan gəliri artıb

“Amrahbank” rüblük maliyyə hesabatlarını açıqlayıb.
“Marja” xəbər verir ki, Bank 2017-ci ilin birinci yarısını 2 milyon 984 min manat zərər ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, “Amrahbank” ötən ilin 1-ci yarısında problemli kreditlər üçün ehtiyatlara ayırmalara görə 2 milyon 334 min manat zərər etmişdi.
Digər əksər banklarda olduğu kimi, kreditlərə tələb azaldığından “Amrahbank”ın da faiz gəlirləri düşüb. Bank cari ilin yanvar-iyun ayları ərzində 7 milyon 802 min manat faiz gəliri əldə edib. Ötən ilin 6 ayında bu növ gəlir 13 milyon 622 min manat təşkil etmişdi.
Ötən ilin 6 ayında 5 milyon 55 min manat təşkil etmiş qeyri-faiz gəlirləri cari ilin birinci yarısında 4 milyon 482 min manata düşüb. Səbəb “sair gəlirlərin” azalmasıdır.
VALYUTA ƏMƏLİYYATLARINDAN GƏLİRİ ARTIB
Qeyri-faiz gəlirlərinə daxil olan xarici valyuta əməliyyatları üzrə xalis gəlirlər isə təxminən 1,9 dəfə artaraq 3 milyon 645 min manata qalxıb. “Amrahbank” 2016-cı ilin birinci yarısında valyuta əməliyyatlarından 1 milyon 953 min manat gəlir əldə etmişdi.
“Amrahbank” xarici valyuta əməliyyatları üzrə 3 milyon 645 min manat xalis gəlirin təxminən 2 milyon manatını 1-ci rübdə, 1 milyon 645 min manatını isə 2-ci rübdə əldə edib. Birinci rübdə bankların əvvəlki dövrlərdə aldıqları Dolları daha baha qiymətə satmaq imkanı mövcud idi və alış-satış məzənnəsi arasında spred (fərq) yüksək idi. Manat sabitləşdiyindən və spred azaldığından ikinci rübdə bankların valyuta əməliyyatlarından gəlirləri azalmağa başlayıb.
Bank ötən ilin 1-ci yarısı ilə müqayisədə kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlara 2,3 dəfə daha az ayırıb. Ehtiyatlara ayırmalar 6 milyon 120 min manatdan 2 milyon 658 min manata düşüb. Bu, Bankda problemli kreditlərin artmasının səngidiyinə işarə edir.
Kreditlərə tələbin azaldığı şəraitdə faiz gəlirlərinin və Manatın sabitləşməsilə əlaqədar olaraq xarici valyuta əməliyyatları üzrə gəlirlərin gələcəkdə də aşağı düşməsi ehtimalı mövcuddur.
30 İyun 2017-ci il tarixində “AmrahBank” 239 milyon 404 min manat cəmi aktivlərə, 188 milyon 498 min manat cəmi öhdəliklərə və 50 milyon 906 min manat cəmi səhmdar kapitalına malik olub. Bank 2016-cı ilin anoloji dövründə 266 milyon 706 min manat cəmi akivlərə, 213 milyon 209 min manat cəmi öhdəliklərə və 53 milyon 496 min manat cəmi səhmdar kapitalına malik idi.
Bankın müştərilərə verdiyi kreditlər 101 milyon manata yaxın olub, bu məbləğ ötən ilin İyununda 129 milyon manat civarında idi.
Mövcud iqtisadi vəziyyəti və çətin əməliyyat mühitini nəzərə aldıqda ”Amrahbank”ın gəlir gətirən aktivlərinin azalması başa düşüləndir, amma yaxşı hal deyil.
Ehtimal ki, izafi likvidliyə görə, “Amrahbank” Banklardan və digər kredit təşkilatlarından alınmış depozitləri xeyli azaldıb. Bu öhdəlik 72 milyon manatdan 49,5 milyon manata düşüb.
MƏCMU KAPİTALI 50 MİLYON MANATDAN ÇOXDUR
30 İyun 2017-ci il tarixində “Amrhabank” 50 milyon 906 min manat məcmu kapitala malik olub, bu da banklara qarşı 50 milyon manat olan tələbdən çoxdur. Bank yaxın gələcəkdə nizamnamə kapitalını artırsa məcmu kapitalı “qırmızı xətdən” uzaqlaşar.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
11 d. əvvəl
Bakıda avtobuslarda təqaüdçü və tələbələrə güzəştli gediş haqqı tətbiq olunacaq
-
12 d. əvvəl
“Azərbaycan Hava Yolları” və “Maldivian” aviaşirkəti strateji tərəfdaşlıq elan edir
-
-
24 d. əvvəl
Quru yollar əhali üçün 1 yanvar 2026-cı il tarixindək bağlı qalacaq - QƏRAR
-
41 d. əvvəl
"Təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobuslara çıxışı məhduddur"
- 49 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
1 saat əvvəl
"Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım"
-
2 saat əvvəl
"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"
- 2 saat əvvəl
Son Xəbərlər

Kapital Bazarı Assosiasiyasında yeni təyinatlar

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Ən çox oxunanlar

"Son 20 ildə iqtisadiyyatımıza 344,4 milyard dollar sərmayə qoyulub"

"Azərbaycan artıq iqtisadi diplomatiyasını ölkənin turizm potensialının daha da güclənməsinə istiqamətləndirir"

Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu

Rəqəmsal ödənişlər sahəsində dünya lideri Bakıda yeni ofis açıb

Tam rəqəmsal kassa sifarişi — Epoint və DataPay-dən yenilik!

Rəsmi məzənnələr açıqlandı

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub
