Vergi işçilərinin xüsusi rütbələr üzrə maaşları artırılır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin xüsusi rütbələr üzrə maaşları artırılması nəzərdə tutulub.
Bu, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.
Yenilənəcək əsasnaməyə əsasən, həqiqi dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 60 manatdan 200 manata, I dərəcəli dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 54 manatdan 180 manata, II dərəcəli dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 51 manatdan 160 manata, III dərəcəli dövlət vergi xidməti müşavirinin (III dərəcəli dövlət ədliyyə müşaviri) xüsusi rütbə maaşı 48 manatdan 145 manata, baş vergi xidməti müşavirinin (baş ədliyyə müşaviri) xüsusi rütbə maaşı 45 manatdan 130 manata, vergi xidməti müşavirinin (ədliyyə müşaviri) xüsusi rütbə maaşı 42 manatdan 115 manata, kiçik vergi xidməti müşavirinin (kiçik ədliyyə müşaviri) xüsusi rütbə maaşı 39 manatdan 100 manata, I dərəcəli vergi müfəttişinin (I dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 36 manatdan 80 manata, II dərəcəli vergi müfəttişinin (II dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 33 manatdan 65 manata, III dərəcəli vergi müfəttişinin (III dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 30 manatdan 55 manata çatdırılacaq.
Maaşlarının 3 misli qədər mükafat alacaqlar
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədi ilə aylıq vəzifə maaşlarının 3 misli qədər əlavə vəsait ödəniləcək.
Bu məqsədlə, hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlar üçün vəsait nəzərə alınacaq.
Bundan başqa, vergi orqanlarının vəzifəli şəxsləri üçün elmi dərəcəyə görə əlavə ödəniləcək. Əlavələrin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.
© "Report"
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb















.jpg)




