Azərbaycandan bir sıra istiqamətlər üzrə uçuş tezlikləri artırılıb
Bu ilin mart ayından etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan bir sıra məşhur istiqamətlər üzrə uçuş tezlikləri əhəmiyyətli dərəcədə artırılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, səyahətçilər artıq həftədə 3 dəfə Praqa, Paris, Vyana və Barselona kimi Avropa şəhərlərinə həyata keçirilən uçuşlardan yararlana biləcəklər.
Milan, Astana, Almatı, Novosibirsk və Ciddə şəhərlərinə reyslər həftədə 5 dəfə yerinə yetirilir, uçuş tezliklərinin artığı istiqamətlər sırasında Aktau və Dehli də mövcuddur.
Bakı aeroportundan həftədə 6 dəfə Londonun Hitrou və Qetvik hava limanlarına səyahət etmək mümkündür ki, bu da sərnişinlərə çevik planlaşdırma və rahat gediş vaxtını seçmək üçün daha çox imkanlar yaradır.
Mərkəzi Asiya ölkələrinə uçuşlar AZAL, “Uzbekistan Airways”, “FlyArystan” və “Air Astana” tərəfindən həyata keçirilir. Avropa istiqamətində isə reysləri AZAL, “LOT Airlines”, “Wizz Air”, “Wizz Air Malta”, “Lufthansa” və digər aviadaşıyıcılar yerinə yetirir.
Qarşıdan gələn bayramlar öncəsi aviadaşımalara tələbatın artacağını nəzərə alaraq Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə marşrut seçimlərinin daha geniş olmasını təmin etmək məqsədilə səyahətlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edir. İstənilən istiqamət üzrə aviabiletləri müvafiq aviadaşıyıcıların rəsmi internet saytından bron etmək mümkündür
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























