Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Bugün ABŞ-da, Avrozonada və Almaniyada dərc olunacaq Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri ərəfəsində dollar major valyutalar qarşısında bir qədər ucuzlaşıb. EURUSD, GBPUSD və USDJPY valyuta cütlükləri müvafiq olaraq 1.0851, 1.2684 və 150.540 hədlərində ticarət olunurlar. Dollar indeksi isə (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnə) 0.07% zəifləyərək, 103.79 bənd təşkil edib.
Beynəlxalq birjalarda qeyri-müəyyənliklər fonunda qızıl bahalaşmaqda davam edir. Dəyərli metal 4 dekabr 2023-cü il tarixindən bugünə ilk dəfə olaraq 2115$ həddinin üzərinə qalxıb. Dünən axşam bir neçə “OPEC+” ölkəsinin hasilatın azaldılması ilə bağlı qərarın müddətinin uzadılmasını elan etməsindən sonra, dünya bazarlarında “Brent” markalı neftin bir barreli 83.40$ səviyyəsində ticarət olunur.
Kriptovalyuta birjalarında “Bitcoin”-in dəyəri 2021-ci ildən bəri ilk dəfə olaraq 68000$-ı ötüb. Belə ki, aparıcı kriptovalyuta 10 noyabr 2021-ci ildə müəyyən edilmiş tarixi maksimum 69000$ səviyyəsinə yaxınlaşır.
Cari həftədə investorlar cümə axşamı dərc olunacaq Avropa Mərkəzi Bankının toplantısının hesabatını maraqla gözləyirlər. Analitiklər hesab edirlər ki, tənzimləyici qurum uçot faiz dərəcəsini illik 4.5% səviyyəsində saxlayacaq. Həmçinin bazar iştirakçıları ABŞ Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pavelin pul-kredit siyasəti ilə bağlı Konqresə hesabat verməsini gözləyirlər və bu çıxışdan mərkəzi bankın faiz planları ilə bağlı ipuçları əldə etmək istəyirlər.
ABŞ-ın əsas fond indeksləri bazar ertəsi günü “NASDAQ” və “S&P 500”-in yenilənmiş rekordlarından sonra zəifləyirlər. Avropa Komissiyasının “Apple”-ı musiqi axını xidmətlərinə girişlə bağlı Aİ qanunvericiliyini pozduğuna görə 1.8 milyard avro cərimələməsindən sonra, şirkət səhmləri 3.03% ucuzlaşıb. İndekslərin azalması “Nvidia” və “Macy's”-in səhmlərinin bahalaşmasının qarşısını alır. Qeyd edək ki, Amerikalı videokart istehsalçısı “Nvidia” kapitallaşmaya görə Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti “Saudi Aramco”-nu geridə qoyaraq üçüncü yerə yüksəlib.
Məlumat İnvest-AZ İnvestisiya Şirkətinin analitiklər tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 23 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















