AZAL Türkiyənin 5 şəhərinə endirimli qiymətlər ilə aviabilet satışına başladı
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, təklif çərçivəsində Türkiyənin aşağıdakı şəhərlərinə endirimli qiymətlərlə aviabilet əldə etmək mümkündür: İstanbul (İstanbul və “Sabiha Gökçen” hava limanları), Antalya, Ankara, İzmir və Trabzon.
Aksiya Novruz çərşənbələrindən biri olan Su çərşənbəsinə həsr olunub. Belə ki, fevralın 27-də əldə edilən aviabiletlərə xüsusi qiymətlər tətbiq edilir. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 aprel-31 may 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamildir.
İstanbul şəhərinə yeni hava limanı vasitəsilə səyahət edərkən aviabiletləri bir tərəfə 219 manata, hər iki istiqamətdə 309 manata, “Sabiha Gökçen” hava limanı vasitəsilə səyahət edərkən bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini 258 manata əldə etmək mümkündür. Antalya şəhərinə aviabiletlərin qiyməti bir tərəfə 219 manat, hər iki istiqamətdə 309 manat təşkil edir. Ankara, İzmir və Trabzon şəhərlərinə bir tərəfə 129 manata, gediş-dönüş aviabiletlərini isə 258 manata əldə etmək olar.
Aksiya çərçivəsində aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir. Endirimli aviabiletlərin sayı məhduddur.
Qeyd edək ki, biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kq-a qədər əl yükünün daşınmasına icazə verilir.
Aviabiletləri AZAL-ın rəsm saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
16 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 20 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
2 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
2 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























