ABŞ-da təbii qazın qiyməti 30 ilin ən aşağı səviyyəsinə düşüb
İsti qış və qaz hasilatının artması fonunda ABŞ-da təbii qazın qiyməti təxminən 30 ilin ən aşağı səviyyəsinə düşüb.
Marja.az xəbər verir ki, bu barədə Financial Times (FT) məlumat yayıb.
Qeyd edilib ki, ABŞ-da qış aylarında evlərin qızdırılması üçün enerji istehlakına tələb daha yüksək olur. Bu qışda temperatur 1950-ci ildən bəri ən yüksək səviyyəyə yaxındır. Paralel olaraq, ABŞ-da qaz hasilatı 2023-cü ilin dekabrında rekord həddə - gündəlik 105 milyard futa (2,97 milyard kubmetr) çatıb. Nəşr yazır ki, amillərin bu birləşməsi təbii qazın qiymətlərinin düşməsinə səbəb olub - yalnız 2024-cü il yanvar ayının ortalarından etibarən təbii qaz 50% ucuzlaşıb.
Məqalədə qeyd edilib, fevralın 15-də ABŞ-da təbii qaz üzrə mart ayı müqavilələrinin qiyməti 1 milyon BTU (British Thermal Unit, Britaniya istilik vahidi) üçün 1,58 dollar səviyyəsinə düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 32 d. sonra
-
18 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 19 d. əvvəl
-
-
26 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
32 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
44 d. əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 48 d. əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb
























