ABŞ-da avtomobil satışları 2016-da rekord qırdı
ABŞ-da avtomobil satışları ötən il 17 milyon 550 minə çıxaraq bütün zamanların ən yüksək səviyyəsinə çatıb.
"Marja" Autodata Corporation-ın topladığı məlumatlara istinadən xəbər verir ki, ölkədə 7 ildir artım meylində olan avtomobil satışları 2016-cı ildə bir əvvəlki illə müqayisədə 0,5 faiz artaraq 17 milyon 550 minə çıxıb.
Beləliklə, 2015-də 17 milyon 470 min ilə qırılan rekordun yenilənməsinə aşağı neft qiymətləri, artan gəlirlər, aşağı faizli kreditlər və il sonu kampaniyaları səbəb olub.
Məlumatlara görə, Nissan Motor, ABŞ daxilində 1,5 milyon avtomobil sataraq tarixində ən yaxşı ili yaşayıb. Honda Motor-un satışları əvvəlki ilə müqayisədə 2016-da 3 faiz artaraq 1,6 milyona yüksəlib. Amerikalı istehlakçıların tələbi, Hyundai-ın satışlarının da 2 faiz artmasını təmin edib.
Ford Motor isə satışlarını 1 faiz həcmində artıraraq təxminən 2,6 milyona qaldırıb. Satışları bir əvvəlki illə müqayisədə dəyişməyən Fiat Chrysler 2,2 milyon avtomobil satıb.
Digər tərəfdən, ölkənin ən böyük avtomobil istehsalçısı General Motors-un satışları 3 milyon vasitə ilə bir əvvəlki illə müqayisədə 1,3 faiz geriləyib.Toyotanın ABŞ-dakı satışları isə 2 faiz azalma ilə 2,4 milyona enib.
Emisssiya qalmaqalı səbəbilə keçən il çətin bir dövr keçirən Volkswagen-in satışları 8% azalaraq ən böyük azalmanı qeyd edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 3 saat əvvəl
-
4 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
4 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Ən çox oxunanlar
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)










