Dövlət Dəniz və Liman Agentliyi 500 gəmi qeydiyyata alıb
2024-cü ilin 1 yanvar tarixinə olan məlumata görə, ümumi olaraq Dövlət Dəniz və Liman Agentliyi Azərbaycan Respublikasının Dövlət gəmi reyestrində və berbout-çarter reyestrində 500 gəmini qeydiyyata alıb. Qeydiyyata alınan gəmilərin sayı 2003-cü il üzrə göstəricidən 39% çoxdur.
Bu barədə Marja-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
Qeyd edilib ki, 2023-cü il üzrə yalnız Beynəlxalq Dəniz Təşkilatının identifikasiya nömrəsinə sahib və müvafiq kriteriyalara cavab verən 246 gəmi üzrə ümumi tonnaj 817705 GT olub. Bu göstərici bütün dövrlər üzrə Dövlət Dəniz və Liman Agentliyi tərəfindən Beynəlxalq Dəniz Təşkilatına təqdim edilən ümumi tutum hesabatına görə ən yüksək nəticədir.
Dəniz nəqliyyatı sahəsi üzrə beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi və digər xarici sularda üzən gəmilərdə illik orta hesabla 100 yoxlama keçirilib. Azərbaycan Respublikasının 2006-cı ildə qoşulduğu “Beynəlxalq gəmiçiliyin asanlaşdırılması haqqında” Konvensiyanın tələblərindən irəli gələrək 2024-cü il yanvarın 1-dən tətbiq edilməsi məcburi olan “Vahid dənizçilik pəncərəsi” sisteminin 2023-cü ildə demo versiyası hazırlanıb.
Azərbaycanda dəniz limanları
Ötən 20 il ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektorunun inkişafında müstəsna rolu olan nəqliyyat infrastrukturunun inkişafı, ölkənin tranzit potensialının daha da artırılması istiqamətində bir sıra əhəmiyyətli nailiyyətlər əldə edilib, Azərbaycanın mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün münbit şərait yaradılıb, tranzit yükdaşımaların həcmi və keyfiyyəti yüksəlib.
2014-cü ildə “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanunu, 2015-ci ildə isə “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin Aparılması Qaydası” təsdiq edilib. Qərar qəbul edildikdən sonra “Azərbaycan Respublikasının Dəniz Limanları Reyestrinin Aparılması Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Dəniz Limanları Reyestri yaradılıb. Sözügedən reyestrdə 2016-cı ildə 5, 2022-ci ildə isə 2 dəniz limanı qeydiyyata alınıb.
Əlavə olaraq qeyd edək ki, Azərbaycan Respublikasının sahilboyu ərazilərində fəaliyyət göstərən 21 digər liman infrastrukturuna malik dəniz əməliyyatları obyektləri mövcuddur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 6 d. əvvəl
-
-
24 d. əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
30 d. əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
31 d. əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 47 d. əvvəl
-
54 d. əvvəl
Dövlət, Azərbaycanın və xalqın mənafelərinə zərər vuran biznesi investordan alacaq
-
56 d. əvvəl
Ekspertiza müddəti azalaca - "Patent haqqında" qanuna dəyişikliklər edilir
-
59 d. əvvəl
İcbari qaydada sığortalanan obyekt və mənzillərin sayı 200 minə yaxınlaşıb
-
1 saat əvvəl
Pensiya kapitallarının istehlak qiymətləri indeksi 5,6 faiz artırılıb
-
1 saat əvvəl
Bakının mərkəzi küçələrindən biri piyada yönümlü formata keçirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2025-ci ildə BP-nin mənfəəti 16 faiz azalıb
Ən çox oxunanlar
Bu həftə Rusiya Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Qazaxıstan üzərindən yüklərin Çindən Xəzər dənizinə çatdırılması 55 saata qədər sürətlənə bilər
ABŞ Ermənistana 11 milyon dollarlıq PUA satır
































