Fermerlər 27 min traktorla yollara çıxdı, hərəkət iflic oldu
İspaniyada fermerlər etirazlarını gücləndirərək, ölkə daxilində nəqliyyatın hərəkətini iflic edirİspaniyada fermerlər son iki gündə etirazlarını gücləndirərək, ölkə daxilində bir çox yolu bağlayıb və nəqliyyatın hərəkətini iflic ediblər.
Marja.az xəbər verir ki, fermerlərin sosial media qruplarında mesajlaşaraq təşkil etdiyi etiraz aksiyaları ölkədəki 17 muxtar inzibati bölgədən 10-a təsir edib.
Fermerlər ölkə daxilində 27 mindən çox traktor ilə yollara çıxıb. Ən güclü etirazlar Barselona, Saraqosa, Mursiya, Syudad Real, Kastellon, Kadis, Toledo, Valyadolid, Vitoriya və Logrono şəhərlərində müşahidə olunub.
Bəzi yollarda 20 kilometrə qədər avtomobil növbələrinin yaranmasına səbəb olan etirazlar zamanı, yollarda ocaq yandıran və icazəsiz nümayiş keçirən fermerlər ilə polis arasında vaxtaşırı gərginlik yaşanıb.
Kataloniyalı fermerlər təxminən 1000 traktorla Barselonaya daxil olub və muxtar hökumətin rəsmiləri ilə görüşüblər. İspaniya Milli Nəqliyyatçılar Assosiasiyası da öz açıqlamasında fermerlərin tətili səbəbilə 80 mindən çox yük maşınının yollarda qaldığını açıqlayıb.
Hökumət fermerləri dəstəkləyir
Digər tərəfdən, İspaniyada sol azlıq hökuməti fermerlərin "ədalətli tələbləri" olduğunu və onları dəstəklədiklərini açıqlayıb. Hökumət ölkədəki 140 min fermerə 269 milyon avroluq fövqəladə yardıma başlayacağını və Avropa İttifaqı Komissiyasının 2030-cu ilə qədər pestisidlərin istifadəsini yarıya qədər azaltmaq qərarına yenidən baxacağını açıqlayıb.
Baş nazir Pedro Sançes dünən parlamentdəki çıxışında qida zənciri qanununun gücləndirilməsi və idxala nəzarətin gücləndirilməsi barədə öhdəlik götürüb.
Verilən vədlərdən hələ də əmin olmayan kənd təsərrüfatı sektoru işçilərinə bağlı həmkarlar ittifaqlarının tələbləri aşağıdakılardır:
- AB kənd təsərrüfatı siyasətlərində çeviklik,
- AB-yə daxil olmayan ölkələrdən gələn məhsullara məhdudiyyətlərin qoyulması və daha sərt nəzarətin həyata keçirilməsi,
- Quraqlıq probleminə qarşı yardımın artırılması,
- Tarlalardan bazarlara qədər qida zəncirinə nəzarətin və qanunların gücləndirilməsi,
- Fermerlərin sığorta hüquqlarının genişləndirilməsi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
5 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
6 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
























