İstanbulda məhkəmə binasına silahlı hücum - 2 nəfər öldürülüb
Zərərsizləşdirilənlər DHKP/C terror təşkilatının üzvləri oubTürkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada 1-i qadın və 1-i kişi olmaqla 2 hücum edən şəxsin öldürüldüyünü açıqlayıb.
Marja.az xəbər veri ki, Yerlikaya 3-ü polis olmaqla 6 nəfərin yaralandığını bildirib.
Hücum edənlərin DHKP/C üzvü olduqlarının müəyyən edildiyini açıqlayan Yerlikayanın açıqlaması belədir:
"Bu gün Çağlayan məhkəməsinin C Qapısı qarşısındakı nəzarət-buraxılış məntəqəsinə qarşı terror cəhdi baş verib.
Zərərsizləşdirilən E.Y və P.B adlı xainlərin DHKP/C terror təşkilatının üzvləri olduğu müəyyən edilib.
Hücuma cəhd edən terrorçular terror aktı törədərkən zərərsizləşdiriliblər. 6 nəfər yaralanıb, onlardan 3-ü polis, 3-ü isə vətəndaşımız olub.
Yaralılarımıza tezliklə şəfa diləyirəm".
XXX
İstanbulda məhkəmə binasında silahlı insident olub.
Polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.
O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
3 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















