NEQSOL Holding autizmli şəxslərə dəstək üçün BSİB ilə əməkdaşlığa başlayır
NEQSOL Holding Azərbaycanda autizmli uşaqlar və onların ailələri üçün təhsil, diaqnostika və məlumatlandırma təşəbbüslərini dəstəkləmək məqsədilə “Birgə və Sağlam” İctimai Birliyi (BSİB) ilə 5-illik Anlaşma Memorandumu imzalayıb.
Əməkdaşlığa autizmin erkən aşkarlanması və dəqiq diaqnozunun qoyulması üçün aparıcı beynəlxalq qiymətləndirmə vasitələrinin tərcümə edilməsi və adaptasiyası, eləcə də bu sahədə olan mütəxəssislərə yerli və beynəlxalq ekspertlər tərəfindən təlimlərin keçirilməsi daxildir.
Cəmiyyətdə inklüzivliyin dəstəklənməsinə sadiq olduqlarını bildirən NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov demişdir: “Bütün dünyada autizm hallarının artması göstərir ki, bu məsələ artıq diqqətdən kənarda qalmamalıdır. Hər insanın beyni fərqlidir və NEQSOL Holding inanır ki, autizmli şəxslər cəmiyyətin daha məhsuldar və innovativ olmasına töhfə verə biləcək keyfiyyətlərə malikdirlər.”
Bu əməkdaşlıq çərçivəsində NEQSOL Holding bu sahədə erkən diaqnoz üçün məlumatlılığın artırılması təşəbbüslərini və BSİB-in texniki imkanlarının artırılmasını dəstəkləyəcək.
“Birgə və Sağlam” İctimai Birliyinin Sədri Aytən Eynalova demişdir: “Azərbaycanda da autizmli insanların sayı artmaqdadır. Belə insanlara və onların ailələrinə zəruri xidmətlərin göstərilməsində özəl sektorun iştirakı çox vacibdir və biz NEQSOL Holding-ə bu çox vacib dəstəyə görə öz təşəkkürümüzü bildiririk”.
BSİB ilə Memorandumu imzalayan NEQSOL Holding-in Qrup üzrə Maliyyə Direktoru və NEQSOL Holding Azərbaycanın Rəhbəri İmran Əhmədzadə bildirmişdir: “Təhsil bizim korporativ sosial məsuliyyət siyasətimizdə əsas istiqamətlərdən biridir, inklüzivlik isə bizim əsas dəyərlərimizin sırasındadır. Bu layihə bizim dəyərlərimizə və prioritetlərimizə tam uyğundur. Biz inanırıq ki, bu layihə Azərbaycanda autizmli şəxslərin rifahının yaxşılaşdırılması və inklüzivliyin artırılması üçün məlumatlılığın və erkən diqqətin artırılmasına şərait yaradacaq”.
Bu əməkdaşlıq çərçivəsində həyata keçiriləcək işlərə autizmli şəxslər üçün yeni tətbiqi proqramların hazırlanması, BSİB mərkəzlərinin yeni materiallarla və texniki avadanlıqlarla təchiz edilməsi, autizmli şəxslər üçün BSİB-in “Mavi Ürəklər” xor qrupunun genişlənməsi, autizm haqqında ictimaiyyətin məlumatlılığını artırmaq üçün televiziyada və sosial mediada geniş kampaniyaların aparılması, seminarların və korporativ inklüzivlik günlərinin keçirilməsi daxildir.
Həmçinin, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da autizmli şəxslərə qayğının onlar üçün əlçatanlıq və inklüzivliyi artırmaq məqsədilə cəmiyyət səviyyəsində tədbirlərin görülməsi ilə müşayiət olunmasına çağırır.
2013-cü ildən BSİB-in məqsədi autizmli uşaqları sosial qarşılıqlı əlaqə, həyat bacarıqları və müstəqil həyat mövzusunda maarifləndirmək, ölkə daxilində və beynəlxalq səviyyədə maarifləndirici layihələr həyata keçirməkdir. Avropa İttifaqının nəzdində fəaliyyət göstərən Autizm Avropa Assosiasiyasının üzvü kimi və ABŞ-da yerləşən Autism Speaks təşkilatı və Princeton Uşaq İnkişafı İnstitutu (PCDI) ilə sıx əməkdaşlıq etməklə BSİB mütərəqqi təcrübəni ölkəmizə ötürməyə çalışır.
NEQSOL Holding telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti kimi sahələrdə 11 ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
14 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 16 saat əvvəl
-
17 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















