Türkiyənin iş adamlarına "Azərbaycana gəlmək üçün 101 səbəb" təqdimatı paylanacaq
"MÜSİAD Azərbaycan" olaraq ölkə başçılarımızın qarşımıza qoyduğu ticarət və qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərimizi davam etdiririk. Ötən il fəaliyyətə başlayan MÜSİAD Ticarət Ofisi və MMÜSİAD İnvest vasitəsilə ölkəmizə iş adamlarını və investorların cəlb edilməsi, iş adamlarına və ölkə iqtisadiyyatımıza töhfə vermək başlıca hədəfimizdir. Bu məqsədlə Azərbaycanla bağlı iqtisadi, turistik, statistik məlumatların olduğu “AZERBAYCANA GELMEK İÇİN 101 NEDEN“ başlıqlı təqdimatımızın hazırlıqları bitmək üzrədir.
Marja.az xəbər verir ki. bunu "X" sosial şəbəkəsindəki hesabında "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli yazıb.
Sədr qeyd edib ki, Azərbaycanın ticari-iqtisadi olaraq 10 milyonluq əhalisi olan coğrafiya olaraq deyil, 250 milyondan çox əhalisi olan MDB ölkələrinə çıxış nöqtəsi kimi dəyərləndirilməsi vacibdir:
"Yaxın zamanda təqdimatın həm Türkiyədəki qurum və quruluşlarla, həm də 60 000 şirkətin təmsil olunduğu MÜSİAD-ın 163 şöbəsində iş adamları ilə paylaşmağı planlaşdırırıq. Bu təqdimatda Azərbaycana gəlmək istəyən iş insanları gəliş səbəbini müəyyənləşdirdikdən sonra müvafiq məlumatlar ala biləcək. Bizlər qardaşlıq şüurumuzu ortaqlıq mədəniyyətiylə birləşdirmənin, sinerjimizi artırmanın əzmindəyik. Gücümüz birliyimizdədir!"

MÜSİAD AZƏRBAYCAN @MUSIADAZ olaraq ölkə başçılarımızın qarşımıza qoyduğu ticarət və qarşılıqlı investisiyalar istiqamətində fəaliyyətlərimizi davam etdiririk. Ötən il fəaliyyətə başlayan MÜSİAD TİCARƏT OFİSİ (#MTO) və #MÜSİADINVEST vasitəsilə ölkəmizə iş insanlarının və… pic.twitter.com/IRQzrCq51l
— Rashad Jabirli (@jabirli) January 25, 2024
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB



















