Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ
Yaponiya Mərkəzi Bankı dünən keçirilən toplantısında monetar siyasətin parametrlərini dəyişməz olaraq saxlayıb. Baxmayaraq ki, ötən ilin son rübündə yapon yeni Mərkəzi Bankın yumşaq siyasətini dayandırmağa başlayacağı və monetar sərtləşdirmə üzrə həmkarlarına yaxınlaşması proqnozları fonunda əhəmiyyətli dərəcədə möhkəmləndi. Tənzimləyici qurumun rəhbəri Ueda isə, pul-kredit siyasəti dərəcəsinin dəyişdirilməsi ilə bağlı qeyri-müəyyən mövqe seçib.
Qərarsızlığı izah etməyə çalışan Mərkəzi Bankın rəhbəri Yaponiyanın iri şirkətlərinin əmək haqqının artırılması ilə bağlı danışıqları ilə bağlı qeyri-müəyyənliyə toxunub. Maaşları artırmadan, faiz dərəcəsini artırmaq riskli olacaq, çünki Mərkəzi Bank istər-istəməz yenidən iqtisadiyyatda deflyasiya təzyiqi yarada və inflyasiya ilə bağlı bütün irəliləyişləri poza bilər. Məsələn, Yaponiyada əmək haqqı artımı bir sıra əvvəlki aylarda yaxşı göstəricilərdən sonra keçən ilin noyabrında 0.2%-ə qədər yavaşlayıb.
EURUSD cütlüyü ABŞ-da dərc olunan inflyasiya hesabatı və ötən həftə güclü əmək bazarına dair açıqlanan məlumatlardan sonra 1.085-1.09 diapazonunda dəyişməyə davam edirdi, lakin dünən 1.0822 səviyyəsinə qədər eniş göstərdi. Maraqlı olan odur ki, cütlük hələ də istiqamətə qərar verə bilməyib və sadəcə olaraq diapazon daxilində hərəkət edir. Bu, həm AMB, həm də FED üçün monetar siyasətin yumşaldılması dövrünə keçmələri üçün ümumi razılığın hələ də əldə olunmadığını göstərir.
Bugün ABŞ-da, Almaniyada, Böyük Britaniyada və Avrozonada açıqlanacaq Sənaye və Xidmət Sektorları Üzrə Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri bazar iştirakçılarının diqqət mərkəzində olacaq əsas hadisələrdir. Qeyd etmək lazımdır ki, Almaniyada və Avrozonada göstəricilərin artımla dərc olunması ehtimal olunsa da, ABŞ-da və Böyük Britaniyada proqnozlar rəqəmlərin dəyişməyəcəyini və ya azalacağını göstərir.
Həmçinin bugün Kanada Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı qərarını bildirəcək, ABŞ-da isə neft ehtiyatları ilə bağlı göstəricilər dərc olunacaq.
Məlumat "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 gün sonra
- 4 saat əvvəl
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Xəzər" Kredit İttifaqı 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
-
10 saat əvvəl
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
- 10 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşulub
Birləşmiş Ərəb Əmirlikləri OPEC-i tərk edir
“Azercell” tətbiqinə dostunu dəvət et, bonus qazan!
Azərbaycanın 24,5 milyard manat dövlət borcu olduğu açıqlandı
22 sahibkar “Tərəqqi” medalı ilə təltif edildi
Aprelin 29-da gözlənilən hava şəraiti
Sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün 86 milyon manata yaxın pul ayrıldı - SƏRƏNCAM
Qlobal bank netin orta qiymət proqnozunu 104 dollara yüksəldib
TuranBank-dan “Yaşıl gələcəyə” növbəti addım: 1 milyon ağac hədəfi
Unicapital PAŞA Bank səhmlərinin marketmeykeri olacaq
BP-nin mənfəəti İran müharibəsi ilə 2 dəfədən çox artıb
3 gün, 0% komissiya: Unibank yeni kredit kampaniyası keçirir












.jpg)




