Azərbaycanın neft və qazdan ixrac gəliri 4,5 milyard dollar azalıb
2023-cü ildə Azərbaycandan 30 milyard 550 milyon 508 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Bu mallarıın ixracı Azərbaycanın ötən ilki cəmi 33 milyard 898 milyon 555 min dollarlıq ixracının 90,12 faizini təşkil edib.
Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə neft-qaz sektoruna daxil olan mallar üzrə ixrac 2022-ci illə müqayisədə 4 milyard 548 milyon 448 min dollar və ya 13% azalıb. 2022-ci ildə neft-qaz sektoruna daxil olan mallar üzrə Azərbaycanın ixracı 35 milyard 98 milyon 956 min dollar təşkil etmişdi. Bu mallar 38 milyard 146 milyon 629 min dollarlıq cəmi ixracın 92%-ni təşkil etmişdi.
O cümədən, 2023-cü ildə 16 milyard 240 milyon 829 min dollar dəyərində xam neft, 13 milyard 678 milyon 344 min dollar dəyərində təbii qaz ixrac edilib.
2022-ci ildə 19 milyard 483 milyon 623 min dollar dəyərində xam neft, 14 milyard 989 milyon 675 min dollar dəyərində təbii qaz ixrac edilmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
- 5 d. əvvəl
- 9 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub



















