Dollar qısa müddətdə 1 faiz bahalaşdı
Bu gün Bakı vaxtı ilə 16:30-da ABŞ-da açıqlanan məşğulluq göstəricilərinin güclü çıxmasından sonra Dollar bahalaşır.
Məşğulluğun və maaş artımlarının proqnozlardan yüksək olması Fed-in pul siyasətini normallaşdıracağı və bu il 1 dəfə faiz artıracağı ehtimalını yenidən gücləndirib.Həmçinin Fed Sentyabrdan balansını azaltmağa başlayacaqdır.
Bakı vaxtı ilə saat 19:52-yə olan məlumata görə, Avro/Dollar məzənnəsi 1 %-ə yaxın düşərək 1.1752 səviyyəsinədək enib. Bundan əvvəl Avro/Dollar məzənnəsi 1.1886 dollardək qalxmışdı.
Xəbər verdiyimiz kimi, İyul ayında ABŞ iqtisadiyyatı kənd təsərrüfatı xaricində 209 min məşğulluq yaradıb. Məşğulluqda artımın 183 min olacağı gözlənirdi. Beləliklə, artım proqnozu üstələyib.
İyulda ABŞ-da işsizlik göstəricisi 4,3%-ə düşüb. İqtisadçılar da işsizliyin 4,3% olacağını gözləyirdilər. İyulda ABŞ-da işsizlik 4,4% təşkil etmişdi.
Orta saatlıq maaş aylıq 0.3% ilə proqnoza (0,3%) paralel artarkən, illik artım 2.5% olub. Gözlənti illik 2.4% artım idi.
Əmək ehtiyatlarına qatılma nisbəti 62.8%-dən 62.9%-ə yüksəlib. İşçi qüvvəsi (əmək ehtiyatları) işləyənlərin və işzilərin cəmidir. Əmək ehtiyatlarının cəminin əhaliyə nisbəti (xüsusi çəkisi) əmək ehtiyatlarına qatılma nisbətini göstərir.
İyun ayına dair kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 222 mindən 231 minə, May göstəricisi isə 152 mindən 145 minə dəyişdirilib. Emal, təhsil və səhiyyə sektorunda işə qəbullar 5 ayın zirvəsinə yüksəlib.
Bu gün açıqlanan rəqəmlərin, Fed-in pul siyasətinə təsir edə biləcəyi qeyd olunur. Fed rəsmiləri 4.5 trilyon dollara çatan balansı azaltmağa başlayacaqları və bu il bir dəfə faiz artıracaqlarının siqnalını vermişdilər.
Analitiklər "ABŞ-da işlər hələ ki, yaxşı gedir" deyə bildirirlər.
HSBC-nin analitiki İbrahim Aksoy, "Məşğulluğun və maaşların proqnozların üzərində açıqlanması son həftələr Dolların sürətlə ucuzlaşmasını dayandıra və yenidən ABŞ valyutası bahalaşa bilər. Təbii ki, bu məsələyə Trumpın seçki kampaniyası dövründə Rusiya ilə olduğu irəli sürülən münasibətlərə dair istintaqın gedişi də təsir göstərəcək", deyib.
Analitiklər bildirirlər ki, Fed Avqust ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisini görmədən faiz artırmağı sürətləndirməyəcəkdir. Avqust ayı kənd təsərrüfatı xaric məşğulluq göstəricisi 20 Sentyabr tarixində Fed toplantısı ərəfəsində yayımlanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
8 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 11 saat əvvəl
-
11 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















