"Bankların gələcək inkişafında sektorda azad rəqabətin təkmilləşməsi mühüm şərtdir"
"Bankların gələcək inkişafında sektorda azad rəqabətin təkmilləşməsi mühüm şərtdir. Qanunvericilikdə təkmilləşdirmələr məhz bu istiqamətdə aparılsa, məqsədəuyğun sayılar. Banklarımızın hər birinin xarici maliyyə mənbələrinə və resurslarına çıxışları asan olmalı və bu, daxildə ucuz kreditləşdirmə siyasətinin həyata keçirilməsi üçün əlavə stimul rolu oynamalıdır".
Bunu Marja.az-a müsahibəsində “Premium Bank” ASC Müşahidə Şurasının sədri Elçin Əhmədov "Azərbaycanda bank sisteminin inkişafını gələcəkdə necə görürsünüz? Müvafiq qanunvericilikdə hansı yenilikləri görmək istərdiniz?" sullarına cabaında bildirib.
Bankir ,"Ölkə iqtisadiyyatının yaxın gələcəyi birmənalı olaraq qeyri-neft-qaz sektorunun inkişaf dərəcəsindən və bu sahədən ixrac potensialımızdan asılıdır. Odur ki, bank sektorunun üzərinə bundan sonra daha böyük vəzifələr və öhdəliklər düşür" deyərək belə davam edib:
"Hesab edirəm, hər bir bank iqtisadiyyatın müəyyən bir sektoru üzrə kreditləşdirmədə fərqlənsə, yaxşı nəticələr əldə etmək olar. Bu, ümumi işə daha böyük xeyir verər, bankların iqtisadiyyatın struktur və sahələri üzrə ixtisaslaşmasına yol açar. Bu həmçinin sistem üzrə bankların seçilməsinə, onlar arasında rəqabətin tənzimlənməsinə də şərait yaradar. İnhisarçılığa qarşı ciddi sədlərin yaranmasına əlavə zəmin olar.
Bankların gələcək inkişafında sektorda azad rəqabətin təkmilləşməsi mühüm şərtdir. Qanunvericilikdə təkmilləşdirmələr məhz bu istiqamətdə aparılsa, məqsədəuyğun sayılar. Banklarımızın hər birinin xarici maliyyə mənbələrinə və resurslarına çıxışları asan olmalı və bu, daxildə ucuz kreditləşdirmə siyasətinin həyata keçirilməsi üçün əlavə stimul rolu oynamalıdır.
Banklar tərəfindən xüsusən kiçik və orta biznesin inkişafının dəstəklənməsi daha vacib və məqsədəuyğundur. Kommersiya bankları strategiyalarını məhz bunun üzərində qurmağa çalışmalıdır. Əlbəttə, bu, banklardan likvidlik dərəcəsi, çeviklik, malik olduqları maliyyə resurslarına əlçatanlıq, müvafiq divident siyasəti tələb edir.
Yeri gəlmişkən, son vaxtlar əsas tənzimləyici olan “Mərkəzi Bank” tərəfindən makroiqtisadi və maliyyə sabitliyinin qorunmasına dair həyata keçirilən siyasət nəticəsində, demək olar, hər bir bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanmış, kapitallaşma, həssaslıq zonalarını formalaşdıran risklər üzrə prudensial tələblərin gücləndirilməsi, sektor ilə intensiv dialoqun aparılması və korporativ idarəetmənin təkmilləşdirilməsinə yönələn təşəbbüslər, habelə pul siyasəti qərarlarının ötürücülüyünün artırılması istiqamətində aparılan islahatlar nəticəsində bütövlükdə bank sektorunda kredit portfelinin bütün seqmentlər üzrə artması müşahidə edilmişdir.
Bankımızın fəaliyyəti ilə bağlı son olaraq qeyd etmək istəyirəm ki, daha çoxu hər zaman var. Daha çox yenilik və üstünlük üçün daha çox enerji və istəklə çalışırıq. Dünən başladığımız, bu gün əmək sərf etdiyimiz işlər sabahın premium yeniliyi olaraq qarşınızda olacaqdır".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
-
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
2 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
3 saat əvvəl
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
13 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yeni şərtlər, yeni alətlər: UForex-də spredlər yarıya endirildi
Yaponya iqtisadiyyatı cüzi artıb
Qlobal elektromobil satışı yanvarda azalıb
Rəsmi məzənnələr açıqlandı
"Əminəm ki, biz Azərbaycana çox məhsullar təqdim edə bilərik"
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır























