AZAL Bakıdan Pekinə uçuşlara başladı
Azərbaycanın milli aviadaşıyıcısı olan AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayıb.
Dekabrın 19-da axşam saatlarında Bakıdan qalxan ilk təyyarə yerli vaxtla dekabrın 20-də səhər saat 7 radələrində Pekinin “Paytaxt” beynəlxalq hava limanına eniş edib. Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə yerinə yetiriləcək. Bu, AZAL-ın uçuş coğrafiyasında hazırda ən uzaqməsafəli uçuşdur.
Bakı-Pekin istiqamətində ilk uçuş münasibətilə Pekinin “Paytaxt” beynəlxalq hava limanında keçirilən mərasimdə çıxış edən AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov, Pekin aeroportunun icraçı direktoru Tan Çüəncun iki paytaxt arasında uçuşların başlanmasının qarşılıqlı olaraq səyahətlərə artan tələbatın ödənilməsi, habelə Azərbaycan ilə Çin arasında dinamik inkişaf edən əlaqələrə töhfə məqsədi daşıdığını bildiriblər.
Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynovun da iştirak etdiyi tədbirdə qeyd olunub ki, Bakı-Pekin-Bakı reysləri iki ölkə arasında turizmin inkişafına və turist axınının artırılmasına töhfə verəcək.
Azərbaycan Çin üçün, Çin də Azərbaycan üçün turizm istiqamətlərindən biridir. Pandemiyanın səngiməsindən sonra iki ölkə arasında turist səyahətlərinin sayında artım müşahidə olunur. Bundan başqa, pandemiyanın səngiməsindən və Çində beynəlxalq uçuşların bərpasından sonra çinli turistlərin xaricə səfərləri də sürətlə çoxalır. Belə bir şəraitdə AZAL-ın Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlara başlaması vaxtında atılan addımdır.
Diqqətə çatdırılıb ki, tələbat artacağı təqdirdə, həftəlik uçuşların sayının çoxaldılması da planlaşdırılıb. Bundan başqa, AZAL-ın gələcəkdə Çinin daha bir neçə iri şəhərinə müntəzəm uçuşlara başlaması nəzərdə tutulub.
Qeyd edək ki, noyabrda Azərbaycanın milli aviadaşıyıcısı AZAL, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Bürosu və “China Tourism Group” arasında turizm sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda yeni turizm məhsullarının yaradılması, onların təşviqi, həmçinin onlayn və əyani şəkildə müxtəlif tədbirlərin təşkili üzrə birgə işlərin görülməsi nəzərdə tutulur.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







