Amerikalıların sərvəti üçüncü rübdə azalıb
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,9 faiz azalaraq təxminən 151 trilyon dollara düşüb.ABŞ Federal Ehtiyat Sistemi (FED, mərkəzi bank)2023-cü ilin iyul-sentyabr ayları üçün “ABŞ-ın Maliyyə Hesabları” hesabatını dərc edib.
Marja.az xəbər verir ki, ölkədəki ev təsərrüfatlarının xalis sərvəti bu ilin üçüncü rübündə təxminən 151 trilyon dollar təşkil edib.
İlin üçüncü rübündə əvvəlki rüblə müqayisədə 0,9 faiz azalan ev təsərrüfatlarının sərvəti 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 146,6 trilyon dollar, ikinci rübündə isə 152,3 trilyon dollar olaraq hesablanmışdı.
İlin üçüncü rübündə ev təsərrüfatlarının ümumi sərvətindəki azalma, Amerika şirkətlərinin səhmlərindəki 1,7 trilyon dollar itkinin bir hissəsini daşınmaz əmlakın ümumi dəyərindəki 500 milyard dollar artım ilə kompensasiya etməsi ilə bağlıdır.
Amerikanın ev təsərrüfatlarının borcunun artım tempi bu ilin üçüncü rübündə 2,7 faizdən 2,5 faizə enib.
Sözügedən dövrdə istehlak kreditləri 1,1 faiz, ipoteka (mənzil krediti) borcu isə 2,5 faiz artıb.
İstehlak kreditlərində artım proqnozdan aşağı olub
FED oktyabr ayı istehlak kreditləri məlumatlarını da açıqlayıb. Belə ki, ölkədəki istehlak kreditləri əvvəlki ayla müqayisədə 5,13 milyard dollar artaraq 4 trilyon 989 milyard dollara çatıb. İstehlak kreditləri üçün bazar gözləntisi 9 milyard dollar artım idi. İstehlak kreditləri sentyabr ayında 12,2 milyard dollar artmışdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 4 saat əvvəl
-
5 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























