Tam istədiyiniz ulduz, Tam DigiCard-la!
(®) Müştərilərə böyük faydalar yaradan təmassız ödənişlərə marağı artırmaq üçün ABB Mastercard beynəlxalq ödəniş şirkəti ilə birgə yeni kampaniyaya start verib.
Kampaniyanın əsas reklam siması məşhur futbol ulduzu Lionel Messidir.
Kampaniyada ABB-nin həm rəqəmsal, həm real Tam DigiCard kartlarının sahibləri iştirak edə bilər. Bunun üçün kart sahibi əvvəlcə https://gift.abb-bank.az səhifəsində qeydiyyatdan keçməlidir. Kampaniyaya qoşulmuş müştəri 4 dekabrdan 31 yanvara qədər Tam DigiCard-ı ilə apardığı 10 manatdan çox hər təmassız ödənişinə görə 1 şans qazanacaq. Bir neçə Tam DigiCard-ı olan müştərinin kampaniya müddətində bu kartları ilə apardığı bütün əməliyyatların sayı cəmlənərək nəzərə alınacaq. Qaliblər məşhur futbol ulduzu Lionel Messinin orijinal imzası ilə köynəklərin, futbolla bağlı başqa maraqlı hədiyyələrin daxil olduğu Messibox-lar və digər qiymətli hədiyyələr qazanacaqlar:
1-3 yerlər : Messibox + iPhone 15 256 Gb
4-6 yerlər : Messibox + iPhone 13 256 Gb
7-9 yerlər : Messibox + Apple Watch Series 9
10-15 yerlər : Messibox + Apple Watch Series 7
16-38 yerlər : Samsung Watch
39-50 yerlər : Samsung Galaxy Buds Pro
Nəticələr kampaniya bitdikdən 20 iş günü sonra https://gift.abb-bank.az/ saytında elan ediləcək. Qaliblərin qeydiyyat zamanı daxil etdikləri mobil nömrəyə qalib olmaları barədə SMS gələcək. Onlar 30 iş günü ərzində şəxsiyyəti təsdiq edən sənədlə hədiyyələrini ABB-nin baş ofisindən alacaqlar. Hər bir iştirakçı qazandığı şans sayını və iştirakçı reytinqini https://gift.abb-bank.az/ saytında izləyə bilər.
Kampaniya müddətində bir ticarət və xidmət məkanında gün ərzində maksimum ilk 3 uğurlu əməliyyat nəzərə alınacaq. Müxtəlif ticarət obyektləri üzrə isə əməliyyat sayı limitsizdir. 1 iştirakçı kampaniyada 1 dəfə qalib ola bilər. Ləğv edilmiş əməliyyatlar nəzərə alınmayacaq. ABB əməkdaşları və onların birinci dərəcəli qohumları kampaniyada iştirak etmir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
14 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
20 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























